Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA

Elektrikli nəqliyyat vasitələrinin əsas və ən bahalı komponenti olan batareyalar avtomobillər köhnəldikcə sahibləri üçün ciddi maliyyə riskinə çevrilir. Xüsusilə birinci nəsil elektrikli avtomobillərdə zəmanət müddətinin başa çatması ilə batareya təmiri və dəyişdirilməsi xərcləri nəqliyyat vasitəsinin bazar dəyərinə yaxınlaşır, bəzi hallarda isə onu üstələyir.
Avtosfer.az xəbər verir ki, elektrikli avtomobillər aşağı istismar xərcləri və ekoloji üstünlükləri ilə seçilsə də texnologiyanın köhnəlməsi fonunda ortaya çıxan yüksək servis xərcləri istifadəçiləri narahat edir. Bu problem daha çox zəmanəti bitmiş köhnə modellərdə özünü göstərir.
ABŞ-in Viskonsin ştatında 2013-cü il buraxılışlı “Tesla Model S” avtomobilinin sahibi batareya nasazlığı səbəbindən səlahiyyətli servisə müraciət etdikdə gözlənilməz qiymət təklifi alıb. Servis mərkəzi 60 kVt/saatlıq batareya blokunun dəyişdirilməsi üçün 13 250 dollar, işçiliklə birlikdə isə ümumilikdə 13 830 dollar tələb edib.
Qeyd edək ki, sözügedən modelin hazırkı işlənmiş bazar dəyəri 10 000–15 000 dollar arasında dəyişir. Bu isə batareya dəyişdirilməsinin avtomobilin iqtisadi cəhətdən məqsədəuyğunluğunu ciddi sual altına alır.
Mütəxəssislər bildirirlər ki, elektrikli nəqliyyat vasitələrinin gələcəyi batareya texnologiyalarının ucuzlaşmasından birbaşa asılıdır. Hazırkı mərhələdə isə xüsusilə işlənmiş elektrikli avtomobil bazarında batareya xərcləri əsas risk faktorlarından biri olaraq qalır.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












