Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq

Dünyanın ən böyük pensiya fondlarından birinə rəhbərlik edən Masataka Miyazono maliyyə sahəsində karyerasından sonra diqqətini kənd təsərrüfatına yönəldib. Avtosfer.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, kənd təsərrüfatının gələcək üçün strateji əhəmiyyətini vurğulayan 72 yaşlı Miyazono, pomidor və çiyələk istehsal edən bir şirkətdə məsləhətçiliyə başlayıb. Təxminən 2 trilyon dollar dəyərində aktivləri idarə edən Miyazono indi üç nəfərlik komandaya rəhbərlik edəcək.
Yaponiya Dövlət Pensiya İnvestisiya Fondunun (GPIF) keçmiş rəhbəri Masataka Miyazono vəzifəsindən ayrıldıqdan sonra özünü maliyyəyə həsr edərək başqa bir fəaliyyət sahəsi seçib. Miyazono, xüsusilə də fermer əhalisinin sürətlə qocaldığı Yaponiyada kənd təsərrüfatı investisiyalarına diqqət yetirmək qərarına gəlib.
“Bloomberg“in məlumatına görə, Miyazono, gəlir mənbələrini daşınmaz əmlakdan kənara çıxarmaq istəyən Hulic Co. şirkətinə məsləhətçi kimi qoşulub. Şirkət 2029-cu ilə qədər təxminən 700 milyard yen (4,4 milyard dollar) investisiya qoymağı planlaşdırır. Hulic Yaponiyada pomidor və çiyələk, Vyetnamda isə xrizantema istehsal edir.
Şirkət fermerlərə maliyyə dəstəyi göstərməklə və onlara yaşlı fermerləri əvəz edəcək yeni nəsil istehsalçılar tapmaqda kömək etməklə kənd təsərrüfatı sektorunda istehsalı artırmağı hədəfləyir. Digər tərəfdən, Miyazono kənd təsərrüfatının dayanıqlılığı üçün məhsuldarlığın artırılmasının vacibliyini vurğulayıb.
Miyazono bildirib: "Yaponiyanın dayanıqlılığını gücləndirmək üçün kənd təsərrüfatının daha səmərəli olması lazımdır. Fermerlərin buna təkbaşına nail olması çətindir; şirkətlərin prosesdə iştirak etməsi vacibdir".
Yaponiyada əhalinin sürətlə qocalması təkcə dövlət maliyyəsinə təzyiq göstərməklə yanaşı, həm də kənd təsərrüfatı istehsalında çalışanların sayını azaldır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, son 20 ildə sektorda çalışan insanların sayı iki dəfə azalaraq 2024-cü ilə qədər təxminən 1,1 milyona düşüb. Fermerlərin orta yaşı da 69,2-yə yüksəlib.
Bir vaxtlar təxminən 2 trilyon dollar dəyərində aktivləri idarə edən GPIF-ə rəhbərlik edən Miyazono hazırda cəmi üç nəfərdən ibarət kiçik bir komanda daxilində kənd təsərrüfatı investisiyaları üzərində işləyir.
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu
Gəlin və bəy motosikletlə zala daxil oldu – VİDEO
“Əkinçi”: dəmir yolunun xeyrini hər kəs görəcək - FOTOLAR
Yolun möhkəmliyi nədən asılıdır? – ARAŞDIRMA
Azərbaycanlı ustanın hazırladığı "Transformer"ə çevrilən avtomobil - VİDEO
"Körpəmi qarşılamağa kimsəm yoxdur" dedi - Tanımadığı insanlar ona dəstək oldu - VİDEO
Qorbaçovun ləğv etdiyi qayda Rusiyada bərpa oluna bilər - FOTOLAR
Elektrikli avtomobil batareyalarının utilizasiyası niyə çətinləşir? – ARAŞDIRMA
Benzini əvəz edə biləcək yeni yanacaq hazırlanıb – Mühərrikdə dəyişiklik tələb etmir
Dinozavr skeleti rekord qiymətə satıldı
İstiyə görə Daşkənd metrosunda interval 14 dəqiqə oldu - FOTO










