Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA

Elektrikli və hibrid avtomobillərdə ənənəvi geri ötürmə dişlisinin əvəzinə elektrik mühərrikinin fırlanma istiqamətini dəyişən sistemlərdən istifadə olunmağa başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu texnologiya “Ferrari”, “McLaren”, “Aston Martin” və “Lamborghini”nin bəzi hibrid superkarlarında tətbiq edilir. Sistem sayəsində avtomobilin geriyə hərəkəti üçün ayrıca mexaniki geri ötürmə dişlisinə ehtiyac qalmır.
Daxiliyanma mühərrikli ənənəvi avtomobillərdə geriyə hərəkətin təmin edilməsi üçün sürətlər qutusunda ayrıca geri ötürmə mexanizmi yerləşdirilir. Elektrik mühərrikləri isə iş prinsiplərinə görə hər iki istiqamətdə fırlana bilir.
Bu xüsusiyyətdən istifadə etməklə avtomobilin geriyə hərəkəti zamanı elektrik mühərrikinin fırlanma istiqaməti dəyişdirilir və güc təkərlərə əks istiqamətdə ötürülür. Nəticədə ayrıca mexaniki geri ötürmə dişlisinə ehtiyac yaranmır.
Yeni sistem əsasən yüksək performanslı, elektrik dəstəkli hibrid avtomobillərdə tətbiq olunur. Belə modellərdə benzin mühərrikini geri hərəkət üçün işə salmağa ehtiyac qalmır. Avtomobil geriyə elektrik mühərrikinin hesabına hərəkət edir.
Sürücü üçün isə proses əvvəlki kimi qalır. Geri ötürmə seçildikdə sistem avtomatik şəkildə elektrik mühərrikinin fırlanma istiqamətini dəyişir. Əsas fərq isə hərəkətin təmin edilməsi mexanizmindədir.
Məsələn, “Ferrari SF90 Stradale”, “McLaren Artura”, “Aston Martin Valhalla” və “Lamborghini Revuelto” kimi hibrid superkarlarda mexaniki geri ötürmə əvəzinə elektrik mühərriklərindən istifadə olunur. Bu avtomobillərdə elektrik mühərrikləri yalnız əlavə güc və hibrid hərəkət üçün deyil, həm də geriyə hərəkətin təmin edilməsi üçün xidmət edir.
Elektriklə işləyən tahrik sistemlərinin avtomobillərdə yayılması ilə geri hərəkətin təmin olunması üçün istifadə edilən mexaniki həllər də dəyişir. Hazırda bu texnologiya əsasən lüks və yüksək performanslı hibrid modellərdə tətbiq olunsa da, elektrik mühərriklərinin hər iki istiqamətdə işləyə bilməsi gələcəkdə daha geniş istifadə imkanları yaradır.
Eltac Zülfüqaroğlu
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












