İran Müctəba Xamenei ilə bağlı GÖRÜN nə etdi - VİDEO

İran prezidenti Məsud Pezeşkianın ölkənin yeni ali dini lideri olduğu iddia edilən Müctəba Xamenei ilə bir yerdə görüntüləndiyi iddia olunan video sosial şəbəkələrdə sürətlə yayılıb.
Avtosfer.az xəbər verir ki, kadrlarda Pezeşkianın Müctəba Xamenei olduğu güman edilən şəxslə eyni məkanda oturduğu və onunla söhbət etdiyi əks olunub. Qısa müddət ərzində geniş auditoriya toplayan görüntülər istifadəçilər arasında böyük maraq doğurub və prezidentlə ali liderin gizli görüş keçirdiyinə dair müxtəlif iddiaların yaranmasına səbəb olub.
Lakin kadrların həqiqiliyi ilə bağlı ciddi sualların yaranmasından sonra İranın “Saberin News” portalı məsələyə rəsmi münasibət bildirib. Yayılmış açıqlamada sözügedən videoçarxın tamamilə saxta olduğu və süni intellekt texnologiyaları vasitəsilə hazırlandığı diqqətə çatdırılıb.
Məlumata görə, yayılan görüntülər real həyatdakı hər hansı görüşü əks etdirmir və iki şəxsin bir araya gəlməsinə dair heç bir sübut kimi qəbul edilə bilməz. Sosial şəbəkələrdə geniş səs-küy doğuran kadrlarla bağlı müzakirələr səngiməsə də, rəsmi mənbələr videonun açıq-aşkar dezinformasiya xarakteri daşıdığını vurğulayırlar./nocomment.az
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












