İki maşını birləşdirib müştəriyə satıblar; indi pulu geri qaytarmırlar - VİDEO

Türkiyənin Kayseri şəhərində yaşayan Süleyman Mısırlı dörd ay əvvəl 235 min TL (təxminən 23 500 manat) ödəyərək aldığı avtomobilin iki fərqli maşının birləşməsi nəticəsində hazırlandığını öyrənib.
Avtosfer.az xəbər verir ki, bir müddət sürdükdən sonra satmaq istədiyi zaman alıcılar avtomobili ekspertizadan keçirmək istəyiblər. Yoxlama nəticəsində məlum olub ki, maşın iki fərqli avtomobilin birləşdirilməsi ilə yığılıb.
Hadisə ilə bağlı danışan Mısırlı bildirib ki, alıcıya etibar edərək avtomobili texniki baxışdan keçirmədən alıb:
“Maşını öz məhəlləmdə gördüm, 235 minə razılaşdıq. Mühərrikə baxdım, pis görünmürdü. Satmaq istəyəndə dedilər ki, şassidə problem var. Kuzov ustası baxdı və dedi ki, maşın yığılıb. Ekspertizanın rəyində də eyni nəticə göstərildi. Satıcıya dedim, pulu qaytar, maşını geri götür, amma “pul yoxdur, istəsən, şikayət et’” cavabını aldım”.
Mısırlı məsələ ilə bağlı İstehlakçı Arbitraj Şurasına müraciət edib. O, vətəndaşlara avtomobil alarkən mütləq ekspertizadan keçirməyi tövsiyə edib:
“Etibar yaxşı şeydir, amma bəzi insanlar bundan sui-istifadə edir. Ekspertizadan keçirmədən avtomobil almaq çox risklidir”.
İstehlakçılar Birliyinin sədri Mahmut Şahin də məsələ ilə bağlı açıqlama verərək bildirib ki, bu cür hallarda ciddi cəzalar tətbiq edilməlidir:
“Bir avtomobilin arxası zədələnib, digərininki önü. Onları birləşdirib bir maşın kimi satıblar. Bu, açıq-aşkar fırıldaqçılıqdır. Alıcılar ekspertizadan keçirmədən avtomobil almasınlar”.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












