"Kaşif Kozinoğlu işi"ndə saxlanılanların sayı artıb

Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında həyatını itirən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Vatan Partiyasının (VP) ümumi sədri, hüquq elmləri doktoru və yazıçı Doğu Perinçekin ifadəsi alınıb, "Kurtlar Vadisi" serialının ssenarisinə müdaxilə etdiyi müəyyən edilən keçmiş polis rəisi Bayram Özbek isə həbs edilib.
Avtosfer.az "TRT Haber"ə istinadən xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğu tərəfindən 2011-ci ildə Silivri həbsxanasında dünyasını dəyişən keçmiş MİT əməkdaşı Kozinoğlunun ölümü ilə əlaqədar "qəsdən adam öldürmə", "cinayət törətmək məqsədilə təşkilat yaratma, idarə etmə və üzv olma" və "2937 saylı qanuna zidd hərəkət" cinayətləri üzrə başlanmış istintaq davam edir.
Milli Kəşfiyyat Təşkilatının (MİT) mərhum əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada ölümü ilə əlaqədar yenidən başlanan istintaq çərçivəsində Doğu Perinçekin məlumatlı şəxs qismində ifadəsi alınıb. Perinçekin ifadəsi təxminən 2 saat davam edib.
Kurtlar Vadisi serialının ssenarisinə müdaxilə etdiyi müəyyən edilən keçmiş polis rəisi, ssenarist Bayram Özbek də həbs edilib.
Beləliklə, Kozinoğlu istintaqında həbs edilənlərin sayı doqquza yüksəlib.
Xatırladaq ki, 10 noyabr 2011-ci ildə yayımlanan və ssenaristləri istintaqa cəlb edilən serialın 136-cı bölümdə "Kaşifoğlu" obrazı haqqında ölüm əmri verilir. Üç gün sonra isə Kazinoğlu real həyatda həlak olur. "Kurtlar Vadisi"nin obrazı və Kazinoğlunun ölüm səbəbləri də eyni göstərilir.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












