Kimlərə təyyarə ilə səyahət etmək qadağandır?

Təyyarə ilə səyahət bu gün milyonlarla insan üçün adi nəqliyyat vasitəsinə çevrilsə də, orqanizmə ciddi yük düşməsinə səbəb olur. Təzyiqin dəyişməsi, hipoksiya (oksigen çatışmazlığı), susuzlaşma və uzun müddət hərəkətsizlik - bütün bu amillər müəyyən xəstəlikləri olan insanlar üçün həyati risk yarada bilər.
Avtosfer.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə tanınmış rusiyalı terapevt Yekaterina Kaşux xəbərdarlıq edib.
Onun sözlərinə görə, bəzi insanlar var ki, onlar hava nəqliyyatı ilə səyahətdən imtina etməlidirlər.
"Məsələn, kəskin irinli orta qulaq iltihabı (otit) olanlar... Uçuş və eniş zamanı təzyiqin kəskin dəyişməsi burun-boğaz pərdəsinin yırtılmasına və orta qulaqda qanaxmaya səbəb ola bilər," - deyə həkim xəbərdarlıq edib.
Bundan başqa dekompensasiya olunmuş ürək-damar xəstəlikləri olanlar da təyyarə ilə səyahətdən çəkinməlidirlər.
"Ağır hipertoniya ilə yaşayan insanlarda uçuş zamanı hipertonik kriz riski kəskin artır. Bu isə uçuş zamanı insult və ya infarkta səbəb ola bilər", - Kaşux bildirib.
Mütəxəssis pnevmotoraks (plevra boşluğunda hava yığılması), qarın boşluğu əməliyyatından sonrakı erkən dövr və daxili qanaxma riski olan ağır travmalardan sonra uçuşu mütləq əks göstəriş adlandırıb.
Bundan əlavə, həkimlər miokard infarktı keçirən xəstələrə azı 3-4 həftə, işemik insult keçirənlərə isə ən azı 2 ay müddətində uçuşlardan uzaq durmağı tövsiyə edirlər. Bu müddət ərzində orqanizm xüsusilə hipoksiya və stresə qarşı həssas olur.
Xroniki xəstəliklərdən əziyyət çəkən bütün şəxslərə təyyarə ilə səyahət etməzdən əvvəl həkimlə məsləhətləşmək, zəruri hallarda isə uçuş üçün tibbi icazə almaq tövsiyə olunur.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












