Köhnə avtomobillərdəki dördüncü pedalın sirri açıldı - ARAŞDIRMA

Son günlər sosial şəbəkələrdə köhnə avtomobillərdə qaz, əyləc və muftadan əlavə yerləşən dördüncü pedal geniş müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, bir çox istifadəçi bu pedalın hansı funksiyanı yerinə yetirdiyi ilə bağlı müxtəlif ehtimallar irəli sürüb.
Məlum olub ki, xüsusilə köhnə Amerika avtomobillərində və bəzi kommersiya nəqliyyat vasitələrində rast gəlinən bu dördüncü pedal əslində ayaqla idarə olunan dayanacaq əyləci, yəni əl əyləci funksiyasını yerinə yetirirdi.
Həmin sistem sürücünün ayaq hissəsində yerləşən təhlükəsizlik mexanizmi olub və ənənəvi əl əyləcini əvəz edirdi. Sürücü pedala basmaqla dayanacaq əyləcini aktivləşdirir, xüsusi mexanizm vasitəsilə isə onu deaktiv edirdi.
Sosial mediada yayılan köhnə avtomobil videoları gənc sürücülər arasında maraq doğurub. Bəzi istifadəçilər bu pedalı "gizli mufta", "əlavə əyləc" və ya hətta "səhvən quraşdırılmış pedal" kimi qiymətləndiriblər.
Mütəxəssislərin sözlərinə görə, ayaqla idarə olunan dayanacaq əyləci uzun illər avtomobil sənayesində geniş istifadə edilib. Xüsusilə ABŞ istehsalı olan sedan və pikap modellərində bu sistem standart avadanlıqlardan biri hesab olunurdu.
Bu texnologiya əsasən “Ford” və “General Motors” şirkətlərinin bir çox modellərində tətbiq olunub. Həmin dövrdə istehsalçılar sürücülər üçün daha rahat idarəetmə şəraiti yaratmaq məqsədilə dayanacaq əyləcini kabinənin aşağı hissəsinə inteqrasiya edirdilər.
Avtomobil sənayesi inkişaf etdikcə və təhlükəsizlik sistemləri təkmilləşdikcə, ayaqla idarə olunan dayanacaq əyləcləri tədricən istifadədən çıxmağa başlayıb. Müasir avtomobillərdə bu sistemlərin yerini əsasən elektron dayanacaq əyləcləri və ya daha kompakt mexaniki həllər tutub.
Bununla belə, köhnə avtomobil həvəskarları üçün dördüncü pedal bu gün də avtomobil tarixinin maraqlı və yadda qalan elementlərindən biri hesab olunur.
Eltac Zülfüqaroğlu
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur












