Köhnə təyyarəni meşəyə aparıb lüks evə çevirdi - FOTO

ABŞ-də köhnə sərnişin təyyarəsinin lüks yaşayış evinə çevrilməsi böyük maraq doğurub.
Avtosfer.az xəbər verir ki, Oreqon ştatının sıx meşələri arasında həyata keçirilən qeyri-adi layihə həm memarlıq, həm də təkrar emal baxımından diqqət çəkən nümunələrdən biri hesab olunur.
Layihənin müəllifi keçmiş elektrik mühəndisi Brus Kempbell istifadədən çıxarılmış “Boeing 727” sərnişin təyyarəsini tamamilə yenidən quraraq onu müasir yaşayış məkanına çevirib. Vaxtilə minlərlə sərnişin daşıyan nəhəng təyyarə gövdəsi indi təbiətin qoynunda fərqli və texnoloji bir ev kimi istifadə olunur.
Kempbell layihəyə başlamazdan əvvəl təyyarənin daşınması və yenidən quraşdırılması üçün uzun müddət araşdırma apardığını bildirib. Təyyarə hissələrə ayrılaraq meşəlik əraziyə daşınıb və daha sonra yenidən birləşdirilib.
Layihənin ən diqqət çəkən tərəflərindən biri isə təyyarənin orijinal xüsusiyyətlərinin qorunması olub. Kokpit, üst baqaj bölmələri, pəncərələr və bəzi oturacaqlar olduğu kimi saxlanılıb. Təyyarənin arxa hissəsində yerləşən orijinal pilləkən sistemi isə hələ də giriş-çıxış üçün istifadə olunur.
Daxili dizaynda minimalizm və funksionallıq ön plana çıxıb. Təyyarənin daxilində mətbəx, yataq sahəsi, duş sistemi, camaşırxana və elektrik infrastrukturu yaradılıb. Hətta bəzi hissələrdə şəffaf akril döşəmələrdən istifadə edilərək yük bölmələri görünən vəziyyətdə saxlanılıb.
Bildirilir ki, sərnişin təyyarələrinin yüksək dayanıqlılığı bu cür layihələri mümkün edir. Güclü küləklərə, təzyiq dəyişikliklərinə və sərt hava şəraitinə uyğun hazırlanan metal gövdə evi rütubət, zərərvericilər və vəhşi heyvanlardan qoruyur. Təyyarənin xüsusi dayaq sistemi isə külək və zəlzələ titrəyişlərini azaltmağa kömək edir.
Şəxsi vəsait hesabına reallaşdırılan layihə sənaye tullantılarının necə funksional və təhlükəsiz yaşayış məkanına çevrilə biləcəyinin nümunəsi kimi göstərilir. B.Kempbell isə hesab edir ki, istifadədən çıxmış təyyarələr gələcəkdə ev, sığınacaq və ya sosial yaşayış məkanları kimi yenidən dəyərləndirilə bilər.


Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA












