Limit yoxdur, amma almanlar sürmürlər – SƏBƏB - FOTO

Almaniya dedikdə ilk ağla gələnlərdən biri də sürət limiti olmayan avtobanlardır. Doğrudur, ölkədə maksimal sürət saatda 130 kilometr olsa da, təxminən 13 000 kilometr yolda sürət limiti yoxdur.
Avtosfer.az xəbər verir ki, Almaniya İqtisadiyyat İnstitutu avtobanlarda sürücülərin necə davrandığını araşdırıb. Məlum olub ki, milyonlarla sürücünün cəmi 1 faizi 160 km/saatdan yüksək sürətlə hərəkət edirlər. sürücülərin cəmi 10 faizi 130-140 km/saat sürət rejimi seçir. 83 faiz isə 130 km/saatdan aşağı sürətlə gedir.
Ümumilikdə isə Almaniyada orta sürət ilbəil azalaraq 2021-ci ildəki 116,5 km/saatdan 113,5-ə enib.
İqtisadiyyat İnstitutu almanların qanun icazə verdiyi halda yavaş sürməsini 2 səbəblə izah edir: insanların şüurlu surətdə riski başa düşməsi və yanacağa qənaət istəyi.
Ekoloqlar illərdir avtobanlarda sürət limitinin tətbiqi üçün mübarizə aparırlar.
Vüqar

.jpg)
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












