Maşının qapısını bağlayanda içəridəki havanın necə çölə çıxdığını bilirsiniz? - VİDEO

Avtomobillərdə qapıların rahat bağlanmasını təmin edən gizli mexanizm barədə maraqlı məlumatlar açıqlanıb.
Avtosfer.az xəbər verir ki, müasir avtomobillərdə salon daxilində yaranan hava təzyiqinin tənzimlənməsi üçün xüsusi hava çıxış kanalları mövcuddur. Mütəxəssislərin sözlərinə görə, avtomobilin qapısı bağlandıqda salon daxilində hava sıxılır və təzyiq artır. Bu təzyiqin balanslaşdırılması üçün istehsalçılar avtomobillərə xüsusi hava buraxma sistemləri yerləşdirirlər.
Qeyd olunur ki, əgər bu cür kanallar olmasa, qapını bağlamaq daha çətin olar, hətta bəzi hallarda yüksək təzyiq səbəbindən şüşələrə zərər də dəyə bilər. Həmin sistem qapı bağlanan anda aktivləşərək sıxılmış havanın çölə çıxmasını təmin edir və nəticədə həm qapının daha rahat bağlanmasına, həm də salon daxilində təzyiqin normallaşmasına şərait yaradır.
Bildirilir ki, bu tip hava çıxışları adətən avtomobilin arxa hissəsində – bamperin arxasında və ya baqaj bölməsinin yan hissələrində yerləşir. Köhnə model avtomobillərdə isə bu sistem daha çox arxa pəncərələrin yaxınlığında quraşdırılırdı və bəzən vizual olaraq da seçilirdi.
Mütəxəssislər vurğulayırlar ki, bu kiçik görünən detal avtomobilin konstruksiyasında mühüm rol oynayır və həm komfort, həm də təhlükəsizlik baxımından vacib funksiyanı yerinə yetirir.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












