Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu - VİDEO

Türkiyədə avtomobil alqı-satqısı zamanı aparılan texniki yoxlama gözlənilməz nəticə ilə yekunlaşıb. Avtomobilinin satışı üçün ekspertizaya müraciət edən şəxsin nəqliyyat vasitəsində ciddi uyğunsuzluq aşkar edilib.
Avtosfer.az xəbər verir ki, hadisə Ankaranın Cebeci məhəlləsində yerləşən avtomobil diaqnostika mərkəzində baş verib. Adının açıqlanmasını istəməyən avtomobil sahibi nəqliyyat vasitəsini alıcıya satmaq üçün ekspertizaya aparıb. Yoxlama zamanı avtomobilin dam hissəsinin dəyişdirildiyi və zavod istehsalı olmayan lyukun sonradan əlavə edildiyi müəyyən olunub.
Araşdırma nəticəsində məlum olub ki, sözügedən avtomobil ilkin olaraq lyuksuz model kimi rəsmi diler vasitəsilə satılıb. Lakin sonradan dam dəyişdirilib və avtomobilə əlavə olaraq lyuk quraşdırılıb. Bu fakt aşkar edildikdən sonra alıcı avtomobili almaqdan imtina edib və satış prosesi ləğv olunub.
Hadisənin ən diqqətçəkən tərəfi isə avtomobil sahibinin bu məlumatı öyrəndikdən sonra səhhətinin pisləşməsi olub. O, ekspertiza mərkəzində özünü pis hiss edib, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Avtomobili yoxlayan mütəxəssis Enes Morkoç bildirib ki, nə alıcı, nə də satıcı avtomobildə edilən dəyişikliklərdən xəbərdar olub:
“Yoxlama zamanı damın dəyişdirildiyini aşkar etdik. Mikron ölçmələri zavod göstəricilərinə uyğun çıxdığı üçün ilkin baxışda bu detal görünmürdü. Servis qeydlərini araşdırdıqda avtomobilin lyuksuz model kimi satıldığını müəyyən etdik. Dam dəyişdirildikdən sonra lyuk əlavə edilib. Avtomobilin hazırkı sahibi əvvəllər yoxlama aparmışdı, lakin bu, korporativ olmayan bir firmada edildiyi üçün fakt üzə çıxmayıb. Vəziyyəti öyrənən avtomobil sahibi yaşlı bir bəy idi və emalatxanada səhhəti pisləşdi. Hazırda xəstəxanadadır, durumu ilə bağlı dəqiq məlumatımız yoxdur”.
Mütəxəssislər vətəndaşlara istifadə olunmuş avtomobil alarkən mütləq etibarlı və tanınmış ekspertiza mərkəzlərinə müraciət etməyi tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA












