Maşınınızdakı bu düymələrin yanacaq sərfiyyatına təsir etdiyini bilirdiniz? - TÖVSİYƏ
Avtomatik transmissiyalı avtomobillərdə ötürücü panelində yer alan “D/S” işarəsi bir çox sürücü tərəfindən tam başa düşülmür. Halbuki bu rejimlər avtomobilin sürüş xarakterinə və yanacaq sərfiyyatına birbaşa təsir edir.
Avtosfer.az xəbər verir ki, avtomobil dünyasının tanınmış nəşrlərindən biri olan “Slashgear” mövzu ilə bağlı texniki icmal yayımlayıb.
Məlumata görə, “D” (“Drive” – sürüş rejimi) və “S” (“Sport” – idman rejimi) funksiyaları bəzi markalarda ayrıca təqdim olunsa da, “Honda”, “Acura”, “Volkswagen” və “Audi” kimi istehsalçılar bu iki sistemi bir selektor – “D/S” altında birləşdirirlər.
Mütəxəssislərin sözlərinə görə, 10 pilləli avtomatik transmissiyaya malik “Honda” və “Acura” modellərində “S” rejimi əsasən “Sequential SportShift” mənasını verir. Bu sistemdə D/S düyməsi açıb-söndürmə prinsipi ilə işləyir. İlk toxunuşda standart “D” rejimi aktiv olur, ikinci toxunuş isə avtomobili “S” rejiminə keçirir.
“S” rejimi aktiv olduqda avtomobil aşağı ötürücülərdə daha uzun müddət qalır və daha aqressiv sürətlənmə təmin edir. Sükan arxasındakı ötürücü qollarından istifadə edildikdə isə sistem tam manual idarəetməyə keçir və cihaz panelində “M” (“Manual”) göstəricisi yanır. Bu halda sürücü ötürücünü özü dəyişmədikcə avtomobil yuxarı pilləyə keçmir. Lakin mühərrikin sönməsinin qarşısını almaq üçün sistem avtomatik olaraq aşağı ötürücüyə keçid edir.
“Volkswagen”, “Audi” və digər VW Qrupu avtomobillərində isə “D/S” selektoru sürət qutusu qolunda yerləşən fiziki keçid vasitəsilə idarə olunur. Məsələn, 2020-ci il istehsalı olan “Audi A6” modelində rejim dəyişmək üçün ötürücü qolunu arxaya doğru çəkmək kifayətdir.
VW Qrupu avtomobillərində “S” rejimi mühərrikin daha yüksək dövrlərdə işləməsinə imkan verir və ötürücü dəyişikliklərini gecikdirərək qaz pedalına reaksiyanı artırır. “Honda” sistemindən fərqli olaraq burada manual müdaxilə edilsə belə, idarəetmə tam avtomatik prinsipdə fəaliyyətini davam etdirir.
Mühəndislər bildirirlər ki, “D” rejimi əsasən yanacağa qənaət üçün proqramlaşdırılıb. Bu rejimdə ötürücülər daha tez dəyişir və mühərrik aşağı dövrlərdə işləyir. “S” rejimi isə avtomobilin dinamikasını və performansını artırmağa hesablanıb.
Ekspertlər qeyd edirlər ki, sürücülər bu rejimlərin fərqini xüsusilə sürətlənmə, mühərrik reaksiyası və yanacaq sərfiyyatı zamanı daha aydın hiss edirlər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












