Məşhur elektromobilin 7 min manata bənzərini yaratdı - VİDEO

Türkiyənin Dənizli şəhərinin sakinlərindən biri 75 min türk lirəsi (təxminən 7 min manat) büdcəsi ilə “Tesla”nın “Cybertruck” elektrik yük maşınına bənzər avtomobil düzəldib. Onun avtomobillə bağlı çəkdiyi video sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az xəbər verir ki, həmin şəxs “Tesla” “Cybertruck” modelindən ilhamlanaraq öz versiyasını hazırladığını bildirib. O, maliyyə imkanlarının məhdud olduğunu qeyd edərək layihəyə daha çox pul xərcləyə bilmədiyini “hələlik işləyir” sözləri ilə ifadə edib.
Öz istehsalı olan avtomobilini sosial şəbəkədə paylaşan vətəndaşın videosu qısa zamanda minlərlə baxış toplayıb. Görüntülər sosial media istifadəçilərinin həm marağına, həm də zarafatına səbəb olub.
Yazıya gələn şərhlər arasında “Maşın sürərkən akkumulyator 89-dan 90-a düşdü”, “İnsanlar yoxsulluqdan ixtiraçı oldular”, “Ümid edirəm ki, İlon Mask bunu görməz” və “Yalnız dayanmaq üçün əyləci basana qədər gözlədim, amma əyləci görəndə partladım” kimi fikirlər xüsusilə diqqət çəkib.
Eltac Zülfüqaroğlu
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA












