Milyon dollarlıq yaxasında hovuz, sauna, kort zonası olan məşhurlar - SİYAHI

Bəzi türkiyəli məşhur yay mövsümünü xarici ölkələrdə yox, elə Türkiyədə lüks və bahalı yaxtalarında keçirirlər. Bu yaxtalarda hər cür şərait olduğundan onlar burada 3 ay qala bilirlər. Bu yaxtaların içində böyük hovuzu, saunsaı və kort zonası olanlar belə var. Milyonluq yaxtası olan məşhurlar arasında əsasən müğənnilər və aktyorlar yer alır. Ən lüks yaxtanın qiyməti 20 milyon avrodur. Avtosfer.az "Baku.ws"ə istinadən milyonluq və lüks yaxtaları olan məşhurların siyahısını oxuculara təqdim edir:
Aktyor Oktay Kaynarca
Məşhur aktyor Oktay Kaynarcanın 21 metr uzunluğunda lüks yaxtası var. Onun dəyəri 2.5 milyon avroluq yaxtasının adı "Sade"dir. Yaxtada sauna da var.
![]()
Aktrisa Pınar Altuğla həyat yoldaşı Yağmur Atacan
Məşhur cütlüyünün 18 metr uzunluğunda "H2O" adlı yaxtası var. Onlar yay boyu 650 000 dollarlıq yaxtalarında istirahət edirlər.
![]()
Aktyor Şahan Gökbar
Aktyor Şahan Gökbarın isə seçimi 3 otaqlı lüks yaxtadır. Dəyəri 700 000 avrodur.
![]()
![]()
Aşpaz Nüsret Gökçe
Aşpaz Nüsret Gökçenin 10 metrəlik "Nüsrət 2010" adlı sürətli yaxtası var. Onun qiyməti 1.5 milyon dollardır.
![]()
![]()
Meqastar Tarkan
Tarkan lüks yaxtasına qızı Liyanın adını verib. 5 otaqdan ibarət bahalı su nəqliyyat vasitəsinin dəyəri 2 milyonn 13 456 dollardır.
![]()
Aparıcı və iş adamı Acun Ilıcalı
Acun Ilıcalının yaxtasının uzunluğu 55 metrdir. Yaxtada tennis üçün geniş kort və 10 metr uzunluğunda hovuz var. Lüks yaxtanın dəyəri 20 milyon avro təşkil edir. Yaxta "BALMY" adlanır.
![]()
![]()
![]()
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












