Milyonçu taksi sürücüsü oldu - "qumar kralı"nın acı sonu...

Bir vaxtlar Malayziyada “qumar kralı” kimi tanınan 48 yaşlı Aaron Lim sərvətini itirdikdən sonra taksi sürücüsü işləməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, Mothership-in məlumatına görə, Lim 2020-ci illərin əvvəllərində Genting Highlands kurortundakı kazinoda böyük məbləğlərdə oynadığı və qazandığı üçün tanınıb. O, həmçinin bakkara oyununun incəliklərindən bəhs edən bloq aparıb.
2020-2023-cü illərdə Limin aylıq gəlirinin təxminən 100 min Malayziya ringgiti olduğu bildirilir. O, lüks çarter təyyarələrlə səyahət edib və sərvətinin təxminən 4,8 milyon ringgit olduğu təxmin edilirdi.
Lakin Lim sonradan qumar aludəçisinə çevrildiyini və itirdiyi pulları geri qaytarmaq ümidi ilə daha böyük məbləğlərdə oynamağa davam etdiyini bildirib. Nəticədə bütün sərvətini itirən Lim kreditorlarına və dostlarına təxminən 1 milyon ringgit borclu qalıb.
Hazırda o, dostunun ona verdiyi avtomobillə taksi sürücüsü kimi işləyir. Limin gündəlik maksimum gəliri təxminən 200 ringgitdir. O, qazancının böyük hissəsini qida, yuxusuzluq və bel ağrısı üçün dərmanlar və digər gündəlik xərclərə sərf etdiyini deyib.
Lim qumarı tamamilə tərgitdiyini açıqlayıb. Keçmiş milyonçu bundan sonra yalnız normal həyat sürmək və özünü təmin etmək üçün çalışmaq istədiyini bildirib.
“Macəralar keçmişdə qalıb. 48 yaşımda həyatımı yenidən başlayıram”, – deyə Lim bildirib. (bakıvaxti)
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












