Müasir avtomobillərdə yeni trend: funksiyalar artıq aylıq ödənişlə aktivləşəcək - RƏSMİ
Avtomobil sənayesində texnologiyanın sürətli inkişafı yeni tendensiyaların yaranmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, son dövrlərdə bir sıra istehsalçılar nəqliyyat vasitələrində mövcud funksiyaları abunə modeli əsasında təqdim etməyə başlayıb.
Məlumata görə, avtomobil sahibləri artıq bəzi əlavə imkanlardan istifadə etmək üçün aylıq ödəniş etməli olurlar. Qızdırılan oturacaqlardan tutmuş avtonom sürücülük sistemlərinə qədər bir çox funksiya ödənişli paketlərə daxil edilib.
Bu yanaşma avtomobil dünyasında mülkiyyət anlayışını da dəyişir. Əvvəllər birdəfəlik ödənişlə əldə edilən funksiyalar indi mərhələli şəkildə abunə sistemləri ilə əvəz olunur. Bu trendin öncüllərindən biri olan “Tesla” ilə yanaşı, “Rivian”, “Lucid Motors”, “Ford” və “General Motors” kimi iri istehsalçılar da bu modelə qoşulublar.
Qeyd olunur ki, “Tesla” son qərarları ilə diqqət çəkib. Şirkət Tam Avtonom Sürücülük (FSD) paketinin birdəfəlik alış variantını ləğv edərək istifadəçiləri aylıq abunə modelinə yönləndirib. Eyni zamanda bəzi funksiyaların standart paketdən çıxarılaraq ödənişli xidmətlərə əlavə edilməsi müzakirələrə səbəb olub.
Sənaye nümayəndələri bu sistemi daha çevik və seçim azadlığı verən model kimi təqdim etsələr də, istehlakçılar arasında narazılıq artır. Sorğular göstərir ki, sürücülər artıq baha olan avtomobillər üçün əlavə aylıq xərclərin tətbiqindən məmnun deyil.
Ekspertlər hesab edirlər ki, bu yanaşma gələcəkdə avtomobil bazarında yeni qiymət siyasətinin formalaşmasına səbəb ola bilər və istifadəçilərin seçimlərinə birbaşa təsir göstərəcək.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












