Müasir dərmanlar insanların xəstəlikləri üçün nə qədər təsirlidir? - Həkim AÇIQLADI

Müasir dövrdə dərman vasitələri səhiyyə sisteminin ən vacib komponentlərindən biri hesab olunur və insanların sağlamlığının qorunmasında mühüm rol oynayır. Əczaçılıq sənayesində baş verən texnoloji yeniliklər, elmi tədqiqatların genişlənməsi və istehsal proseslərinin təkmilləşdirilməsi dərmanların inkişafına ciddi təsir göstərir. Bununla yanaşı, bazarda dərman çeşidlərinin artması və müxtəlif mənbələrdən təmin olunması bu sahədə müəyyən sualların və müzakirələrin yaranmasına səbəb olur.
Xüsusilə son illərdə dərmanların keyfiyyəti, onların təhlükəsizliyi və effektivliyi ilə bağlı mövzular daha çox diqqət mərkəzinə çevrilib. Eyni zamanda saxta və ya keyfiyyətsiz məhsulların dövriyyəsi ilə bağlı narahatlıqlar da cəmiyyət arasında geniş müzakirə olunur.
Mövzu ilə əlaqədar həkim-farmakoloq Aydın Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, dərmanların keyfiyyətilə paralel olaraq indi insanların sağlamlığı da əvvəlki kimi deyil:

“Çünki ekoloji problemlər, qida və suda olan çatışmazlıqlar insan orqanizminə mənfi təsir göstərir. Digər tərəfdən, dərmanların təsiri xəstənin diaqnozundan, dərmanın dozasından, yaşdan, cinsdən, genetik faktorlardan asılıdır. Həmçinin hansı qidaların qəbul edildiyi, hansı dərmanların birlikdə istifadə olunub-olunmaması kimi amillər də çox ciddi əhəmiyyət daşıyır. Dərmanların tərkibi və saxta məhsullar məsələsi də mövcuddur. Biz nə qədər ki, xaricdən dərman asılılığındayıq, bu problemləri tam şəkildə həll etmək çətin olur. Alimlər dərmanları kəşf edirlər, lakin sonradan bu dərmanların istehsalı zavodların və biznes mühitinin nəzarətinə keçir və burada arzuolunmaz bəzi hallar ortaya çıxa bilir. Bununla yanaşı, dərmanların tərkibindən əlavə onların saxlanma şəraiti də mühüm rol oynayır. Xəstə dərmanı ev şəraitində qəbul edirsə, onun harada və necə saxlanılması da vacib məsələlərdəndir. Bütün bu amillər dərmanların keyfiyyətinə birbaşa təsir göstərir. Lakin dərmanların saxta olub-olmamasını və ya keyfiyyətini adi gözlə müəyyən etmək mümkün deyil. Bu cür yoxlamalar yalnız müvafiq analitik ekspertiza laboratoriyalarında aparılır və uyğunluq təsdiqləndikdən sonra dərmanlar apteklərə təqdim olunur. Xaricdən gətirilən dərmanlarla bağlı da bu prosedurlar tətbiq edilir. Qlobal problemlərin həlli baxımından isə yerli dərman istehsalının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Özümüzün kifayət qədər istehsal müəssisələrimizin olmaması bu sahədə müəyyən çətinliklər yaradır. Halbuki, ölkədə müxtəlif sahələr üzrə peşəkar alimlər mövcuddur və Azərbaycanda farmakoloji elmi-tədqiqat institutlarının yaradılması bu problemlərin aradan qaldırılmasına müsbət təsir göstərə bilər”.
Nurcan Babək
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI











