Nizamidə tikinti zamanı anormal hadisə; ağacı divara hördülər - FOTO

Bakıda İmadəddin Nəsimi küçəsi 37 ünvanında maraqlı və eyni zamanda təəccüblü bir vəziyyət yaşanır.
Avtosfer.az xəbər verir ki, Nizami rayonunda tikinti işləri aparılarkən bir ağacın divara hörüldüyü məlum olub.
Sakinlərin sözlərinə görə, tikinti rəsmi olaraq mənzil-kommunal istismar sahəsi üçün anbar adı ilə aparılır. Lakin yerli sakinlər iddia edirlər ki, əslində burada şəxsi qaraj inşa olunur. Daha maraqlısı odur ki, qarajı tikən şəxsin həmin mənzil-kommunal istismar sahəsində işlədiyi bildirilir.
Əraziyə baxış zamanı görünür ki, tikinti zamanı nə ağacın qorunması təmin olunub, nə də yaşıllığın zədələnməməsi üçün hər hansı tədbir görülüb. Divarın içində qalan ağac həm ekoloji baxımdan, həm də tikinti normaları baxımından ciddi qanun pozuntusu sayılır.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etməyi planlaşdırır və ağacın taleyinin necə olacağı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onların fikrincə, belə hallar ictimai nəzarətin və yaşıllıqların qorunması mexanizminin zəifliyini bir daha göstərir.
Hazırda tikintinin qanuniliyinin yoxlanılması və ağacın vəziyyəti ilə bağlı məsul qurumların reaksiya verməsi gözlənilir.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir















