Okeanların buxarlanma sürəti artıb – QLOBAL İSTİLƏŞMƏNİN FƏSADLARI ARAŞDIRILDI

Son illərdə qlobal temperaturun gözlənilməz artması dünyada fəlakətlərin sayını artırıb. Ölümcül təbii hadisələrin çoxalması alimləri bu ekstremal hava şəraitinin səbəblərini araşdırmağa sövq edib.
Avtosfer.az xəbər verir ki, Reading Universitetinin tədqiqatçıları okean səthinin temperaturunun 1980-ci illərlə müqayisədə 4 dəfə daha sürətlə yüksəldiyini müəyyən ediblər. Araşdırmaya görə, 1980-ci illərdə hər on ildə cəmi 0,06°C artan okean temperaturu hazırda onillikdə 0,27°C-ə qədər yüksəlir. Üstəlik, bu proses sürətlənərək davam edir.
Mütəxəssislər bildirirlər ki, bu artımın bir hissəsi “El Nino” effekti ilə izah edilsə də əsas səbəb okeanların gözlənildiyindən daha çox istilik udmasıdır. Tədqiqat göstərir ki, son on ildə həddindən artıq istiləşmənin 44 faizi məhz okeanların sürətlə istilik yığması ilə bağlıdır.
"Okeanları nəhəng bir vanna kimi düşünün. 1980-ci illərdə isti su kranı yavaş-yavaş açılırdı və okeanın temperaturu tədricən yüksəlirdi. İndi isə kran tam açıqdır və istiləşmə sürətlənir", – deyə alimlər izah edirlər.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, növbəti 20 ildə okeanların temperaturu son 40 ildə qeydə alınan ümumi artımı üstələyə bilər.
Bundan əlavə, alimlər okean istiliyinin artmasına təsir edən mümkün amilləri də müəyyən ediblər. Bunlar arasında 2022-ci ildə Hunqa Tonqa-Hunqa Haapay vulkanının püskürməsi nəticəsində atmosferdə su buxarının artması, 2020-ci ildə gəmiçilik sektorunda tətbiq olunan yeni qaydalar səbəbindən atmosferdə soyuducu aerozolların azalması, Günəşin cari zirvə dövründə daha çox istilik yayması var.
Lakin mütəxəssislər bildirirlər ki, bu faktorlar hazırkı sürətli temperatur artımını tam izah etməyə kifayət etmir.
Reading Universitetindən meteoroloq Chris Merchant bu istiləşmənin qlobal enerji balansındakı dəyişikliklə əlaqəli olduğunu vurğulayaraq onun səbəblərini tam anlamanın həyati əhəmiyyət daşıdığını qeyd edib.

Alimlərin fikrincə, temperaturun artması təkcə ekosistemlər üçün deyil, həm də insanlıq üçün ciddi təhlükə yaradır. Qlobal istiləşmə vəhşi təbiəti təhlükə altına alır, kənd təsərrüfatı məhsullarını məhv edərək milyonlarla insanın aclıqla üzləşməsinə və xəstəliklərin yayılması ilə qlobal sağlamlıq böhranına səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord












