Qeyri-adi bir məktubdan sonra qadın 165 min dollar maaşla işə düzəldi

San-Fransiskodan olan 33 yaşlı Cin Kanq "Figma” texnoloji şirkətində illik 165 min dollar maaşla iş təklifi alıb. Buna səbəb onun müsahibədən sonra göndərdiyi qeyri-adi təşəkkür məktubu olub. Avtosfer.az "Qaynarino"ya istinadən xəbər verir ki, bu barədə CNBC yazır. Müsahibədən sonra o, standart e-poçtla yanaşı PDF formatında 90 günlük iş planı da əlavə edib. Plan 30, 60 və 90 günlük mərhələlərə bölünüb və yeni işdə görəcəyi əsas addımları əhatə edib.
Plan daxilində əsas istiqamətlər:
* satış, dəstək və menecment komandaları ilə əlaqələrin qurulması;
* şirkətin biznes prioritetlərinin öyrənilməsi;
* daxili proseslərin təhlili;
* gələcək layihələrin planlaşdırılması və uyğunlaşdırılması.
Kanditatın məqsədi işəgötürənə onun tez uyğunlaşa biləcəyini və müstəqil işləyə biləcəyini göstərmək olub. "Bunu məndən heç kim gözləmirdi və tələb etməmişdi”, deyə o bildirib. Planı hazırlamaq üçün o, müsahibələr zamanı topladığı məlumatları analiz edib və şirkətin ehtiyaclarını daha dərindən başa düşməyə çalışıb. O, hətta sənədi "Figma”nın dizayn üslubuna uyğun tərtib edib. Bir neçə gün sonra o, iş təklifi alıb və özü də düşünür ki, əlavə plan onun seçilməsində həlledici rol oynayıb. Karyera ekspertləri də bu yanaşmanı müsbət qiymətləndirirlər. Onların fikrincə, müsahibədən sonra göndərilən məqsədli təşəkkür məktubu namizədin şansını artıra bilər. Hazırda Cin Kanq karyera məsləhətçiliyi ilə məşğuldur və texnologiya və layihə idarəetməsi sahəsində yüksək maaşlı iş tapmağa kömək edir.
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı












