Qışda elektromobillərin batareyası maşının salonunu neçə saat isti saxlaya bilər? - ARAŞDIRMA
Qış aylarında sürücülərin ən böyük qorxularından biri qar fırtınasında və ya bağlı yollarda qalmaqdır. Xüsusilə elektrikli avtomobil sahibləri arasında “batareyanın enerjisi tez bitər, donarıq” narahatlığı geniş yayılıb.
Avtosfer.az xəbər verir ki, lakin Almaniyada aparılan real testlər bu qorxunun hər zaman əsaslı olmadığını göstərib.
Elektrikli nəqliyyat vasitələri üzrə alman mütəxəssis, “Nextmove” şirkətinin baş direktoru Stefan Möller soyuq havada elektrikli avtomobillərin istilik imkanlarını yoxlamaq üçün maraqlı bir sınaq keçirib. O, -5 dərəcə temperaturda “Kia e-Niro” elektrikli avtomobili ilə gecəni maşında keçirib.
Test zamanı avtomobilin salon temperaturu 19 dərəcəyə tənzimlənib. Sınağın əvvəlində batareyanın doluluq səviyyəsi 86 faiz olub. Avtomobil ilkin mərhələdə salonu tez qızdırmaq üçün təxminən 7 kilo-Vatt enerji sərf edib. Lazımi temperatur əldə edildikdən sonra istilik nasosu işə düşüb və enerji sərfi saatda 1 kilo-Vattdan da aşağı səviyyəyə enib.
9,5 saatlıq testin sonunda batareya cəmi 12% azalıb, yürüş ehtiyatı isə təxminən 70 kilometr azalıb. Möllerin sözlərinə görə, istilik nasosu ilə təchiz olunmuş müasir elektrikli avtomobil donma temperaturunda üç günədək salonu rahat şəkildə isti saxlaya bilər.
Müqayisə üçün deyək ki, daxili yanma mühərrikli avtomobillərdə istilik mühərrikin tullantı istiliyi hesabına təmin olunur. Boş işləmə rejimində dizel mühərrikləri saatda orta hesabla 0,5–0,7 litr, benzin mühərrikləri isə 0,8–0,9 litr yanacaq sərf edir. Hesablamalara əsasən, 50 litrlik dolu çənlə belə avtomobillər də təxminən üç gün salonu isitmək imkanına malikdir. Kiçik həcmli mühərriklərdə isə boş işləmə zamanı istilik yetərli olmaya bilər.
Test nəticələri göstərir ki, müasir elektrikli avtomobillərlə benzin və dizel avtomobilləri arasında qapalı qalma zamanı istilik baxımından ciddi fərq yoxdur. Mütəxəssislər hər iki nəqliyyat vasitəsi üçün eyni tövsiyəni verirlər: qış şəraitində yola çıxmazdan əvvəl batareyanın və ya yanacaq çəninin dolu olmasına əmin olun. Çünki sizi isti saxlayan əsas amil mühərrikin növü deyil, mövcud enerji ehtiyatıdır.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












