Qışın oğlan çağında buzu yarıb göldə üzür - VİDEO

Qubanın Nügədi kəndindən olan həvəskar üzgüçü Rasim Namazov qışın şaxtasında buz kimi sularda üzməyi sevir. Üzmək onun üçün bir hobbi, həyat fəlsəfəsidir.
Avtosfer.az xəbər verir ki, R.Namazov çoxları üçün təhlükəli ola biləcək hobbisi barədə İTV-yə danışıb.
O bildirib ki, ilk dəfə buzlu suya 4 il əvvəl, bədənindəki ağrılar səbəbindən girib. R.Namazovun sözlərinə görə, buzlu suya girdikdən sonra həmin ağrılar çəkilib:
“İlk vaxtlar soyuq suya terapiya kimi baxdım. Boğazımda olan şişi araşdırarkən gördüm ki, soyuq su buna faydalıdır və belə xəstəlikdən əziyyət çəkənlər terapiya kimi buzlu suya girirlər. Mən də elə o cür başladım. Artıq 4 ildir buzlu suya girirəm. Təkcə dənizə yox, göl, şəlalə və çaylarda da soyuq suya daxil oluram. Bu müddət ərzində də heç bir xəstəlik keçirməmişəm, hətta qrip də olmamışam”.
Bununla belə, o, buzlu suya girməyin təhlükəli olduğunu da vurğulayıb: “Çünki soyuq suya girən an bədən əks reaksiya verə bilər. Buna görə hazırlıqlı olmaq vacibdir. Bədəni öyrəşdirmək üçün payızdan suya girmək lazımdır. Bu addımı atmaq istəyənlər, həm də həkimlə mütləq məsləhətləşməlidirlər. Xüsusilə ürək problemi olanlar risk etməsin, çünki buzlu suda ürək dayana bilər. Amma faydaları da olduqca çoxdur, dərini cavan saxlayır, immuniteti yüksəldir, gümrah hiss etdirir”.
Daha ətraflı videomaterialda:
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












