Rusiya Xruşov dövrünün tanklarını orduya qaytarır – QƏRBİN REAKSİYASI

Rusiya 50-60-cı illərdə istehsal edilmiş T-55 və T-62 tanklarının modernləşdirilərək Ukraynada istifadə etmək istəyir.
Avtosfer.az xəbər verir ki, rusiyalı mütəxəssislər bu tankların minaya qarşı müasir zirehli avtomobillərdən daha dözümlü olması qənaətindədirlər. T-55 tankları Rusiyada silahlanmadan 1993-cü ildə çıxarılsa da, T-62 tankları rəsmən çıxarılmayıb. Əvvəllər də bu tanklar Ukrayna cəbhəsində görünüb.
Qərb ekspertləri də sözügedən texnikanın modernləşdirilməsi ideyasını mümkün hesab edirlər. “Army Recognition” nəşrinə müsahibə verən ekspertlərin fikrincə, yenilənmə mümkündür. Rusiya ordusunun anbarlarında istənilən qədər ehtiyat hissə də mövcuddur. Tankın qülləsini dəyişmək, aktiv mühafizə sistemi quraraq onu zirehli döyüş maşınına çevirmək mümkündür.
Lakin, təxminən 70 il əvvəl istehsal edilmiş sovet tankları qüsurdan da xali deyil. Texnikanın böyük həcmli və yüz litrlərlə yanacaq sərf edən mühərrikindən çox böyük istilik ayrılır. Beləliklə, tank, infraqırmızı və lazer şüalarla işləyən silahlar üçün çox asan hədəfə çevrilir. Tank çox ləng və ağır oduğu üçün bir tərəfdən Ukrayna bataqlıqlarında hərəkət edə bilmir, digər tərəfdən də PUA-lar üçün asan yemdir.
Vüqar Yaşaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












