Saatda 6 kilometr yerinə 91 kilometr – BU DƏFƏ SKUTERLƏ

Biz vaxtaşırı olaraq istər Azərbaycan, istərsə də xaricdə sürət həddinin aşılması ilə bağlı xəbərləri veririk. Bu dəfə isə xəbərimizin qəhrəmanı sürücü yox, skuterçidir.
Avtosfer.az xəbər verir ki, Fransa polisi Monbelyar şəhərində skuterlə yüksək sürətlə hərəkət edən gənci saxlayıb. Şəhərdə bu nəqliyyat vasitələri üçün saatda 6 kilometr sürət limiti tətbiq edilsə də, skuterçinin limiti keçdiyini adi gözlə görmək mümkün olub.
Polis əməkdaşlarının diqqətini həm də skuterin mühərrikindən çıxan eybəcər səs cəlb edib.
Polis idarəsində ekspertiza zamanı məlum olub ki, skuterin mühərrikləri gücləndirilib və əlavə üçüncü mühərrik quraşdırılıb.
Bunun sayəsində texnika 91 km/saat sürətlə hərəkət edə bilər. Polis rəisinin qərarı ilə konstruksiya dəyişikliyi olunan skuter məhv edilib.
Belə bir haqlı sual yarana bilər ki, Fransanın ucqar şəhərində baş verən hadisənin bizə nə aidiyyəti var?
Məsələ burasındadır ki, skuterlər üçün güclü mühərrikləri internetdə sifariş etmək mümkündür. Bu detalların çatdırılmsında ölkə məhdudiyyəti yoxdur.
Gələcəkdə Azərbaycanda fərdi skuterlər kütləviləşdiyi zaman “avtoşluq” həvəsinə düşənlər də artacaq. Hələlik bu texnika bizdə əsasən icarəyə verildiyi üçün kimsə onu gücləndirmək fikrinə düşmür.
Şəxsi vasitələrin sayı artdıqda vəziyyət ürəkaçan olmayacaq. Bir vaxtlar at kimi kişnəyən VAZ-2107-lərin yerini eybəcər səsli, intizam tanımayan skuterlər alacaq.
Qeyd etmək yerinə düşər ki, artıq Fransanın 2 şəhərində skuter icarəsi qadağan edilib. Yeni dərs ilində bu sayın artacağı istisna olunmur.
Vüqar
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA












