Sabit sürət niyə daha sərfəlidir? – MÜTƏXƏSSİS RƏYİ

Artan yanacaq qiymətləri sürücüləri daha qənaətcil idarəetmə üsullarına üstünlük verməyə vadar edir. Aparılan araşdırmalar göstərir ki, avtomobil mühərrikləri maksimum səmərəliliyə əsasən 90-100 km/saat sürət aralığında çatır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin fikrincə, sürətin artırılması yanacaq sərfiyyatına birbaşa təsir göstərir. Belə ki, sürətin 100 km/saatdan 110 km/saata qaldırılması yanacaq sərfiyyatını təxminən 9 faiz artırır. Sürət 120 km/saata çatdıqda isə sərfiyyatın 30 faizə qədər yüksəldiyi qeyd olunur. Buna səbəb isə yüksək sürətdə aerodinamik müqavimətin daha sürətlə artmasıdır.
Mütəxəssislər bildirirlər ki, yanacağa qənaət etmək üçün sürətin sabit saxlanılması vacib amillərdən biridir. Xüsusilə magistral yollarda ani sürətlənmə və tez-tez əyləcləmələr yanacaq sərfiyyatını artırır. Bu baxımdan kruiz-kontrol sistemlərinin istifadəsinin daha stabil sürüş təmin etdiyi və yanacaq axınını optimallaşdırdığı vurğulanır.
Araşdırmalarda mühərrik dövrlərinin düzgün seçilməsinin də önəmi qeyd olunur. Bildirilir ki, mühərrikin dəqiqədə 1500-3000 dövr arasında işləməsi daha səmərəli yanacaq yanmasını təmin edir. Eyni zamanda, hətta 50 km/saatdan aşağı sürətlərdə belə uyğun şəraitdə yüksək ötürücüyə keçidin yanacaq sərfiyyatını azaltmağa kömək etdiyi bildirilir.
Mütəxəssislər təhlükəsizlik məsələsinə də diqqət çəkirlər. Qeyd olunur ki, yollarda həddindən artıq sürət qədər, normadan artıq yavaş hərəkət etmək də qəza riskini artıra bilər. Bu səbəbdən sürücülərə yol şəraitinə uyğun təhlükəsiz və sabit sürət seçmək tövsiyə edilir.
Bununla yanaşı, avtomatik transmissiyalı avtomobillərdə istifadə olunan sürüş rejimlərinin də yanacaq sərfiyyatına təsir etdiyi vurğulanır. Bildirilir ki, “D” (Drive) rejimi gündəlik və daha qənaətli idarəetmə üçün nəzərdə tutulduğu halda, “S” (Sport) rejimi daha yüksək performans təqdim edir və bu zaman yanacaq sərfiyyatı da arta bilir.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












