Şəhər küçələri elə salınmalıdır ki, sürətli hərəkət mümkün olmasın - EKSPERT

Şəhər küçələrinin düzgün planlaşdırılması yol təhlükəsizliyində həlledici rol oynayır.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. O qeyd edib ki, əgər küçələr sürət treklərini xatırladırsa, belə mühitdə sürət həddi pozuntuları qaçılmaz olur və bu, hər gün insan həyatı üçün ciddi risk yaradır.

Ekspertin sözlərinə görə, yalnız radarlar və cərimələr problemin tam həllinə kifayət etmir. Əsas çıxış yolu küçələrin elə layihələndirilməsidir ki, sürətlə hərəkət etmək fiziki olaraq mümkün olmasın.
Bu yanaşmanın uğurlu nümunələrindən biri Varşava şəhərində tətbiq olunub. Burada geniş prospektlərdə hərəkət zolaqları ensizləşdirilib, trafiki sakitləşdirən elementlər quraşdırılıb, küçəboyu yaşıllıq artırılıb, piyadalar üçün eyni səviyyəli keçidlər yaradılıb və tramvay xətləri inkişaf etdirilib.
Onun sözlərinə görə, nəticədə həmin küçələrdə nəinki yüksək sürətlə hərəkət etmək çətinləşib, ümumiyyətlə sürətli sürmək istəyi belə aradan qalxıb. Bu isə yalnız cərimələrlə deyil, düzgün şəhər dizaynı ilə əldə olunub.
Bu cür yanaşmaların tətbiqi şəhər mühitində təhlükəsizliyi artırır və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına real töhfə verir.
Eltac Zülfüqaroğlu
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI












