Şəkərdən tamamilə imtina etməyin mənfi nəticələri - Alimlər aşkarladılar

Alimlər müəyyən ediblər ki, şəkərin qidadan mütləq şəkildə çıxarılması bağırsaqların sağlamlığına və metabolizmə mənfi təsir göstərə, həmçinin qanda qlükoza səviyyəsinin tənzimlənməsinin pisləşməsinə səbəb ola bilər.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "ScienceDaily" jurnalında dərc olunub.
"Küveytdə yerləşən Dasman Diabet İnstitutunun elmi qrupu siçanların yağı azaldılmış və şəkərin ən geniş yayılmış formalarından biri olan saxarozanın tamamilə olmadığı qida ilə bəslənməsinin nəticələrini araşdırıb. Eksperiment çərçivəsində bu heyvanlar nəzarət qrupu ilə müqayisə edilib", - materialda qeyd olunur.
Bədən kütləsinin eyni olmasına baxmayaraq, eksperimental qrupdakı gəmiricilərdə qlükoza səviyyəsinin tənzimlənməsində pozuntular, insulinə həssaslığın azalması, bağırsaq mikrobiotasının tərkibində dəyişikliklər, həmçinin bağırsaq və qaraciyərdə iltihab prosesləri aşkar edilib. Bundan əlavə, alimlər qaraciyərin piy xəstəliyinin yaranması ilə əlaqədar patoloji dəyişikliklər qeydə alıblar.
Elmi işin müəllifləri belə qənaətə gəliblər ki, az yağlı pəhrizə riayət etdikdə saxarozanın tamamilə xaric edilməsi metabolik prosesləri qeyri-sabitləşdirə və bağırsaq mikroflorasının balansını poza bilər. Mütəxəssislər vurğulayırlar ki, sağlamlığı qorumaq üçün şəkərdən tamamilə imtina etməkdənsə, karbohidratların balanslaşdırılmış istehlakına riayət etmək daha vacibdir.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












