Şəkinin üçadlı küçəsi - FOTO

Televiziyalarda ünvansız ərazilərlə bağlı reportajları kifayət qədər çox görmüşük. Problem Bakıətrafı ərazilərdə daha aktualdır. Ünvanın olmaması bir çox problemi də doğurur: qeydiyyat məsələsi çətinləşir, təcili yardım və taksi ünvanı tapa bilmir və s. Amma, bunun əksinə, “ad bolluğundan” əziyyət çəkənlər də var.
Avtosfer.az xəbər verir ki, Şəkinin mərkəzindəki küçələrdən birinin nə az, nə çox 3 adı var. Şəkildəki küçənin sovet dövründə rus yazıçısı Anton Çexovun adını daşıyıb və son illərədək bu adla tanınıb. Bir neçə il əvvəl küçənin bir hissəsində elan lövhələri dəyişdirilərək vaxtilə Şəki Şəhər Partiya Komitəsinin ikinci katibi işləmiş Bəşarət Paşayevin adını bildirən lövhələr vuruldu. Maraqlıdır ki, küçədə lövhələr başdan-başa dəyişmədi.
Bu günlərdə isə küçəyə böyük maarifçi Həsən bəy Zərdabinin adının verildiyinə dair elan lövhəsinə rast gəldim. Cəmi 200 addım yolda 3 fərqli ad.
Əslində, rəsmi şəkildə küçənin adının necə olduğunu dəqiqləşdirə bilmədik. Ərazidə yaşayanlar bildirdilər ki, elektrik, su və qazla bağlı qəbzlərdə küçə adı fərqli göstərilir. Görəsən küçənin həqiqi adı nədir?
Küçənin 3 fərqli adının olması turizm şəhəri üçün xoşagələn hal deyil. Onlayn xəritələrdə axtarış vaxtı 2 ad çıxır. Bu da ərazini tanımayan şəxslər üçün çətinlik yaradır.
Yeri gəlmişkən, Şəkidə taksi sürücüləri ənənəvi olaraq küçələrin rəsmi adını bilmirlər. Bu da şəhəri tanımayanlar üçün əlavə problemdir.
Vüqar

Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA












