Skuterlər uşaqlarda sümük-əzələ problemlərini kəskinləşdirə bilər

Skuterlər uşaqların sümük-əzələ sistemində birbaşa ciddi fəsadlar yaratmasa da, bədəndə əvvəldən mövcud olan tarazlıq pozuntularını və asimmetriyanı daha da kəskinləşdirə bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə rusiyalı osteopat Dmitri Simkin "Gazeta.ru"ya müsahibəsində xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, uşağın bədənində ciddi tarazlıq problemi olmadıqda o, ağırlığı bərabər bölərək ayaqlarını asanlıqla növbələyə bilir. Lakin balans pozuntusu olan uşaqlar adətən yalnız bir ayaqdan istifadə etməyə meyilli olurlar:
"Bu vəziyyət həmin ayağın digərinə nisbətən daha çox güclənməsinə, çanaq sümüyünün əyilməsinə və onurğa sütununa düşən təzyiqin qeyri-bərabər paylanmasına səbəb olur. Nəticədə mövcud qamət problemləri daha da dərinləşir".
D.Simkin qeyd edib ki, skuterin təkbaşına əzələ asimmetriyasına və ya qamət qüsurlarına səbəb olmasını sübut edən rəsmi klinik araşdırmalar yoxdur. Əksinə, klassik skuterlər hər iki ayaqla simmetrik idarə olunduqda fiziki inkişafı dəstəkləyir. Təhlükələr əsasən uşağın fərdi sağlamlıq vəziyyəti və əvvəllər aldığı travmalarla bağlıdır. Zədələnmələrdən sonra bədən toxumalarında qalan gərginlik ocaqları zamanla bədənin ümumi tarazlığını pozur və fərqli nahiyələrdə ağrılara yol açır.
Həkim vurğulayıb ki, uşağın skuter sürərkən davamlı olaraq yalnız bir ayağından istifadə etməsi və ayaqlarını dəyişə bilməməsi valideynlər üçün əsas həyəcan siqnalı olmalıdır. Belə hallarda skuteri qadağan etmək deyil, gizli gərginlik nöqtələrini aşkar edəcək bir mütəxəssisə - osteopata müraciət etmək tövsiyə olunur.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












