“Sürəti artırmaqla əldə edilən vaxt qənaəti risk və xərclərlə müqayisədə çox kiçikdir” – PROFESSOR

Sadə bir riyazi düstur sürət həddinin aşılması zamanı sürücülərin düşündüyü “vaxt qazancı”nın əslində nə qədər mənasız olduğunu ortaya qoyur.
Avtosfer.az xəbər verir ki, magistral yollarda sürətin 150 kilometr-saatadək artırılmasının müzakirə edildiyi Çexiyada riyaziyyat professoru Stanislav Ştefan sadə hesablamalarla göstərib ki, sürəti artırmaqla əldə edilən vaxt qənaəti risk və xərclərlə müqayisədə çox kiçikdir.
Onun hesablamasına görə, 100 kilometrlik məsafəni 130 kilometr-saatla qət etmək təxminən 46 dəqiqə vaxt aparır. Sürəti 140 kilometr-saatadək qaldırdıqda bu yol cəmi 43 dəqiqəyə tamamlanır və qazanc yalnız 3 dəqiqə təşkil edir. Əgər sürət 150 kilometr-saat olarsa, məsafəni qət etmək üçün 40 dəqiqə kifayət edir ki, bu da normal sürətlə müqayisədə sadəcə 6 dəqiqə qənaət deməkdir.
Mütəxəssislər bildirirlər ki, bir neçə dəqiqəlik bu cür qənaətin əvəzində sürücülər həm ciddi stress və yorğunluğa, həm də daha böyük qəza riskinə məruz qalırlar. Çünki yüksək sürətlə idarə olunan avtomobilin sürücüsü beyninə daha çox informasiya yükləyir və səhv ehtimalı xeyli artır. Üstəlik, sürət həddinin aşılmasına görə tətbiq edilən cərimələr və yanacaq sərfiyyatının çoxalması da məsələni maliyyə baxımından mənasız edir.
Mütəxəssislərin yekun qənaəti ondan ibarətdir ki, yolda qazanılan bir neçə dəqiqə heç vaxt sürücünün həyatını riskə atmağa dəyməz.
Eltac Zülfüqaroğlu
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI












