Sürücülərin illərdir inandığı fikir dəyişir: Avtomat maşınlar daha çox yanacaq sərf etmir

Uzun illər sürücülər arasında avtomat sürətlər qutulu avtomobillərin mexaniki versiyalara nisbətən daha çox yanacaq sərf etdiyi düşünülüb. Müasir avtomobillərdə isə vəziyyət dəyişib və bu fərq bir çox hallarda aradan qalxıb.
Avtosfer.az xəbər verir ki, müasir avtomatik transmissiyalarda 6-10 pilləli sistemlər, iki muftalı qutular və CVT texnologiyasından istifadə olunur. Bu da mühərrikin daha optimal dövrlərdə işləməsinə və yanacaq sərfiyyatının azalmasına imkan verir.
Şəhər daxilində, xüsusilə sıx tıxaclarda avtomatik transmissiya sürücünün debriyajdan düzgün istifadə etməməsi və ya uyğun olmayan dövrədə ötürmə seçməsi kimi amillərin qarşısını alaraq sərfiyyatı sabit saxlaya bilər. Magistral yollarda isə müasir avtomatik və mexaniki transmissiyalar arasında yanacaq fərqi çox az ola bilər.
Bununla belə, avtomatik transmissiyanın yanacaq qənaəti onun texniki vəziyyətindən də asılıdır. Aşınmış mufta və ya həddindən artıq qızmış transmissiya yanacaq sərfiyyatını artıra bilər.
Mexaniki transmissiyanın əsas üstünlüyü isə təmir xərclərinin, xüsusilə mufta dəyişiminin, bir çox mürəkkəb avtomatik transmissiya təmirindən daha münasib olmasıdır.
Mütəxəssislər bildirirlər ki, yanacaq sərfiyyatını təkcə transmissiya növü müəyyən etmir. Sürüş tərzi də mühüm rol oynayır. Kəskin sürətlənmələrdən qaçmaq, düzgün təkər təzyiqini saxlamaq, avtomobildə artıq yük daşımamaq və mühərriki uzun müddət boşda işlətməmək yanacaq sərfiyyatını azaltmağa kömək edə bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












