Svetoforların ilk dəfə hansı məqsədlə quraşdırıldığını bilirdiz? - FOTOSESSİYA

Yollarda hərəkətin tənzimlənməsində mühüm rol oynayan svetoforlar bu gün demək olar ki, bütün şəhərlərin ayrılmaz hissəsinə çevrilib. Lakin onların yaranma tarixi 150 ildən çox əvvələ dayanır.
Avtosfer.az xəbər verir ki, tarixi mənbələrə görə, dünyada ilk svetofor 1868-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində quraşdırılıb. Qurğu Britaniya parlamentinin yaxınlığında, avtomobil və at arabalarının hərəkətini tənzimləmək məqsədilə istifadə olunurdu. Bu sistem dəmir yolu siqnallarına bənzər prinsip əsasında işləyirdi və qaz lampaları ilə işıqlandırılırdı.
İlk svetofor sisteminin müəllifi isə britaniyalı mühəndis John Peake Knight hesab olunur. Onun hazırladığı qurğuda iki rəng – qırmızı və yaşıl istifadə edilirdi. Qırmızı rəng “dayan”, yaşıl isə “hərəkət et” mənasını verirdi. Lakin qazla işləyən bu sistem təhlükəli olduğu üçün bir müddət sonra partlayış səbəbindən istifadədən çıxarıldı.
Elektriklə işləyən ilk müasir svetofor isə 1914-cü ildə ABŞ-də quraşdırılıb. Bu sistem Klivlend şəhərində tətbiq olunub və artıq elektrik enerjisi ilə işləyirdi. Həmin qurğuda qırmızı və yaşıl işıqlar istifadə olunurdu və polis əməkdaşları tərəfindən idarə edilirdi.
1920-ci illərdə isə svetofor sisteminə üçüncü rəng – sarı əlavə edildi. Bu yenilik ABŞ-də geniş istifadə olunmağa başladı və sonradan dünyanın digər ölkələrinə də yayıldı. Sarı işıq sürücülərə siqnalın dəyişəcəyini xəbər verir.
Svetoforların inkişafında mühüm rol oynayan şəxslərdən biri də amerikalı ixtiraçı Garrett Morgan olub. O, 1923-cü ildə daha təhlükəsiz işləyən üç mərhələli svetofor sisteminin patentini alıb.
Bu gün isə svetoforlar artıq “ağıllı idarəetmə” sistemləri ilə təchiz olunur. Bir çox ölkələrdə kameralar və sensorlar vasitəsilə işləyən bu sistemlər nəqliyyat sıxlığını analiz edərək işıq siqnallarını avtomatik tənzimləyir. Beləliklə, svetoforlar təkcə yol hərəkətini nizamlamaqla qalmır, həm də şəhərlərdə tıxacların azaldılmasına kömək edir.
Eltac Zülfüqaroğlu



Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB












