Tanınmış şairin dəfnindən əvvəlki fotosu İLK dəfə yayımlamdı - Maraqlı DETALLAR

Dahi türk şairi və yazıçısı Nazim Hikmətin həyatının son dövrü və dəfnindən əvvəl çəkilmiş unikal kadrı ilk dəfə olaraq rəngli üslubda ictimaiyyətə təqdim olunub. Şairin tabutda yer alan bu nadir fotogörünüşü sosial şəbəkələrdə və mediada böyük maraq doğurub.
Avtosfer.az xəbər verir ki, arxivlərdə yer alan həmin foto 1963-cü ildə Nazim Hikmətin dəfn mərasimindən əvvəl lentə alınıb. Şəkidə şairə sevgi dolu baxışlarla baxan xanımı Vera Tulyakova (Nazim Hikmətin son həyat yoldaşı) da əksini tapıb.
Məlumata görə, Nazim Hikmətlə Vera arasında düz 30 yaş fərq var idi və şair Veranı tanıyanda qadın evli idi. Nazim uzun müddət Vera ilə birlikdə yaşamaq üçün səy göstərir və sonda Veranın əri İvan məsələyə müdaxilə edir. İvan gəlib Nazimlə danışır və Veranı boşamaq üçün şairin qarşısına iki şərt qoyur: Vera ilə rəsmi nikah bağlamaq və Veranın həftədə 1 dəfə gəlib ərinin yanında qalmasına razı olmaq.
Türk mühitində böyüyən bir insan üçün ikinci şərti qəbul etmək nə qədər çətin olsa da, Nazim Hikmət bunu qəbul edir. Hətta sonralar Vera nəinki həftədə 1 dəfə İvanın evinə gedir, günlərlə başqa yerlərə də gedir və Nazim hara getdiyini soruşmur belə. Zekeriya Sertelinin "Nazim Hikmətin son illəri" kitabında bu barədə maraqlı bir fraza yer alıb. Zekeriya Sertel Nazim Hikmətdən "Evlilik necə gedir?" deyə soruşduqda, şair belə cavab verib:
"Təsəvvür edə bilməyəcəyin qədər xoşbəxtəm. Görmürsən bəyəm?! Cavanlaşmışam! Zekeriye, bu yeni Sovet nəsli var ha, son dərəcə sərbəstdir. Məsələn, bizim Vera istədiyi vaxt mənə xəbər vermədən çıxıb gedir".
Həmin nadir və ilk dəfə rəngli formatda yayımlanan kadr dahi şairin şəxsi həyatının gizli qalan məqamlarını və dövrün ab-havasını bir daha gündəmə gətirib./nocomment.az
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur












