Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA

Təkərlərdə düzgün hava təzyiqinin olması həm təhlükəsizlik, həm yanacaq sərfiyyatı, həm də təkərlərin istismar müddəti baxımından mühüm əhəmiyyət daşıyır. Təzyiqin normadan aşağı və ya yuxarı olması avtomobilin idarəetməsinə və təkərlərin aşınmasına mənfi təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, minik avtomobillərində ön təkərlər üçün 2,2–2,4 bar, arxa təkərlər üçün isə 2,1–2,3 bar təzyiq ideal hesab olunur. SUV və yolsuzluq avtomobillərində bu göstərici 2,3–2,6 bar arasında dəyişir.
Yüngül kommersiya avtomobillərində isə hava təzyiqi yükün miqdarından asılı olaraq daha yüksək ola bilər. Bu nəqliyyat vasitələrində təzyiq 2,8 bardan başlayaraq 4,0 bara qədər yüksələ bilər.
Bununla belə, avtomobil üçün ən doğru hava təzyiqi göstəricisi istehsalçı tərəfindən müəyyən edilir. Sürücülər bu məlumatı sürücü qapısının üzərində, yanacaq çəninin qapağında yerləşən məlumat lövhəsindən və ya avtomobilin istifadə təlimatından öyrənə bilərlər.
Havanın temperaturu aşağı düşdükcə təkərlərdəki təzyiq də azalır. Hər 10 dərəcə Selsi temperatur azalması təkərlərdə təxminən 1–2 PSI təzyiq itkisinə səbəb ola bilər. Bu səbəbdən xüsusilə qış aylarında təkərlərin hava təzyiqinin mütəmadi yoxlanılması tövsiyə edilir.
Mütəxəssislər təkərlərin hava təzyiqinin ən azı ayda bir dəfə, həmçinin uzun yola çıxmazdan əvvəl yoxlanılmasını məsləhət görürlər. Təzyiqin aşağı olması təkərin yuvarlanma müqavimətini artıraraq yanacaq sərfiyyatının 3–5 faiz yüksəlməsinə, həmçinin əyləc məsafəsinin uzanmasına səbəb ola bilər.
Düzgün hava təzyiqinin qorunması isə avtomobilin idarəetməsini və sürüş komfortunu yaxşılaşdırmaqla yanaşı, təkərlərin daha uzun müddət istifadə olunmasına imkan verir.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












