Tibb dünyasını təəccübləndirən əməliyyat - Öd kisəsindən 2067 daş çıxarıldı

Bingöldə qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən bir xəstənin öd kisəsindən çıxarılanlar tibb ictimaiyyətini heyrətə gətirib.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, uğurlu əməliyyatdan sonra xəstənin sağlamlığı bərpa olunub və öd kisəsindən tam 2067 daş çıxarılıb. Bingöl şəhərində yaşayan S.T. qarın ağrısı və həzm sistemi ilə bağlı problemlərlə Bingöl Dövlet Xəstəxanasına müraciət edib. Aparılan müayinələr zamanı öd kisəsində çoxsaylı daşların toplandığı müəyyən edilib. Xəstə Ümumi cərrah Mustafa Yiğit tərəfindən laparoskopik xolesistektomiya (qapalı əməliyyat) üsulu ilə əməliyyat olunub. Əməliyyat zamanı xəstənin öd kisəsindən 2067 ədəd daş çıxarılıb.
Həkim sözlərinə görə, peşə fəaliyyəti ərzində çox sayda əməliyyat həyata keçirsə də, ilk dəfə bu qədər çox daşla qarşılaşıb. O, xəstənin sağ-salamat evə buraxılmasının sevindirici olduğunu qeyd edib. Xəstəxananın baş həkimi Reha Sermed Aygören isə vurğulayıb ki, tibb müəssisəsində mürəkkəb əməliyyatların sayı getdikcə artır və xəstələrə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün komanda koordinasiyalı şəkildə çalışır.
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












