Tıxacdan uçaraq çıxan elektromobilin istehsalına başlanılır - FOTO

ABŞ-də yerləşən texnologiya şirkəti “Alef Aeronautics” həm quruda hərəkət edə bilən, həm də şaquli qalxış imkanı olan “Model A” adlı elektrikli uçan avtomobili ilə nəqliyyatda yeni bir mərhələyə keçid etməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, şirkət “Model A”nın 2026-cı ilin sonuna qədər kütləvi istehsalına başlamağı hədəfləyir.
“Alef Aeronautics” tərəfindən istehsal edilən “Model A” klassik avtomobil dizaynını uçan nəqliyyat texnologiyası ilə birləşdirir. Nəqliyyat vasitəsi adi avtomobil kimi yollarda hərəkət edə bilir, lakin tıxac zamanı gizli pərləri aktivləşdirərək şaquli şəkildə havaya qalxmaq imkanına malikdir. Bu xüsusiyyət “Model A”nı şəhərdaxili nəqliyyat problemlərinə alternativ həll kimi ön plana çıxarır.
Şirkətin açıqlamasına görə, “Model A” üçün əvvəlcədən sifariş qiyməti təxminən 235 min funt sterlinq təşkil edir ki, bu da təxminən 13,5 milyon türk lirəsi, yəni 750 min manata yaxın məbləğ deməkdir. Bu qiymət avtomobili hazırda lüks nəqliyyat vasitələri kateqoriyasına daxil edir.
“Alef Aeronautics”in baş direktoru Cim Duxovni bildirib ki, layihənin əsas məqsədi təkcə uçan avtomobil istehsal etmək deyil, bu texnologiyanı uzunmüddətli perspektivdə daha geniş kütlə üçün əlçatan etməkdir. Onun sözlərinə görə, kütləvi istehsala keçid baş verdikdən sonra “Model A”nın qiymətinin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Belə ki, yüksək həcmli istehsal hesabına avtomobilin qiyməti gələcəkdə təxminən 25 min funt sterlinqə, yəni 1,4 milyon lirə – 80 min manat civarına düşə bilər.
İki nəfər üçün nəzərdə tutulan “Model A” karbon lifli gövdəsi sayəsində həm yüngül, həm də dayanıqlı quruluşa malikdir. Texniki göstəricilərə əsasən, avtomobil havada saatda 177 kilometr, yerdə isə nəzəri olaraq 320 kilometr sürət yığa bilir. Lakin yol hərəkəti qaydalarına uyğun olaraq, yerüstü sürətin 40–56 kilometr-saat arasında məhdudlaşdırılması planlaşdırılır.
Uçuş sistemi avtomobilin ön və arxa hissəsində yerləşən müstəqil pərvanələr vasitəsilə idarə olunur. Yerüstü hərəkət zamanı isə hər təkər üçün ayrıca mühərrikdən istifadə edilir. Şirkət bildirir ki, idarəetmə mexanizmi dronların idarə olunmasına bənzəyir və qısa təlim keçən sürücülər bu nəqliyyat vasitəsini rahatlıqla idarə edə biləcəklər.
“Alef Aeronautics”in planları reallaşarsa, 2026-cı ildən etibarən uçan avtomobillər gündəlik həyatın real bir hissəsinə çevrilə bilər və bu, şəhər nəqliyyatında köklü dəyişikliklərin başlanğıcı ola bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












