Toyda pul sayan maşın quruldu: Milyonlarla pul, kilolarla qızıl

Türkiyədə, xüsusən də Cənub-Şərqi və Şərqi Anadolu bölgələrində dərin kök salmış bir ənənə olan Aşirət toyları (Tayfa toyları-red) həm qədim ənənələri indiyədək özündə saxlaması, həm də dəbdəbəli şənlikləri ilə diqqəti cəlb edir. Bu toylarda gəlin və bəyə verilən qızıl və səpələnmiş pullar insanları heyrətləndirməyə davam edir.
Avtosfer.az xəbər verir ki, hamını heyətləndirən toylardan biri də Vanın Çaldıran rayonunda Şeğki aşirətinin üzvü olan iş adamı Nihat Avcının oğlu Serhat Avcının toyunda yaşanıb.
Şeğki aşirətinin üzvü olan iş adamı Nihat Avcının oğlu Serhat Avcı üçün Vanın Çaldıran rayonunda dəbdəbəli bir toy mərasimi keçirilib. Çaldıranın keçmiş bələdiyyə başçısı Fərman Yıldırımın qızı Esra Yıldırımla evlənən Serhat Avcının rayonda keçirilən açıq hava toy mərasiminə minlərlə insan qatılıb. Toyda qonaqlar üçün yarım tondan çox ət yeməyi hazırlanıb.
Toy mərasimi təkcə çoxsaylı insanların iştirakı ilə deyil, həm də bəy və gəlinə pul, qızıl zinət əşyaları verilməsi baxımdan da rekord qırıb. Toy sahibləri pulu saymaq üçün pul sayma maşınından istifadə ediblər.
Bölgədə misli görünməmiş bir toy mərasimində bəy təxminən 20 milyon TL (təqribən 720 min Azərbaycan manatı-red) nağd pul, gəlin üçünsə kiloqramlarla qızıl yığılıb. Yığılan pullar və qızıllar çemodanlara doldurulub.


Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA












