Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA

Şəhərlərdə nəqliyyat infrastrukturunun təşkili zamanı əsas məsələlərdən biri küçə məkanının necə bölüşdürülməsidir. Daha çox avtomobilin hərəkətinə və parklanmasına şərait yaradılmalıdır, yoxsa daha çox insanın rahat və səmərəli daşınmasına üstünlük verilməlidir? Bu baxımdan tramvay sistemləri şəhər nəqliyyatının inkişafında mühüm rol oynaya bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə fikirlərini bölüşüb.

Ekspertin sözlərinə görə, Almaniyanın 54 şəhərində tramvay sisteminin fəaliyyət göstərməsi təsadüfi deyil. Müqayisə üçün Fransanın 28, Böyük Britaniyanın isə 7 şəhərində tramvay şəbəkəsi mövcuddur.
Rauf Ağamirzəyev qeyd edib ki, tramvay avtomobillə müqayisədə manevr imkanlarına malik olmasa da, düzgün layihələndirilmiş infrastruktur şəraitində eyni marşrut üzrə çoxsaylı sərnişinlərin daşınmasını təmin edə bilər.
Əsas məsələ təkcə tramvay sisteminin mövcudluğu deyil, həm də onun şəhərin ümumi nəqliyyat sistemində hansı prioritetə malik olmasıdır. Ayrılmış rels infrastrukturu, işıqforlarda üstünlük, rahat dayanacaqlar və avtobus, metro kimi digər ictimai nəqliyyat vasitələri ilə inteqrasiya təmin edilmədikdə tramvayın imkanlarından tam istifadə etmək çətinləşir.
Şəhər küçələri məhdud resursdur və bu ərazidən səmərəli istifadə olunmalıdır. Küçə məkanının daha çox avtomobillərin hərəkətinə və parklanmasına ayrılması əvəzinə, ictimai nəqliyyatın inkişafına üstünlük verilməsi daha çox insanın rahat hərəkətinə şərait yarada bilər.
Bu qərar nostalji hisslərə deyil, sərnişin tələbatına, daşıma qabiliyyətinə, iqtisadi səmərəliliyə və şəhər məkanından istifadənin optimallaşdırılmasına əsaslanmalıdır.
Ekspertin fikirlərinə əsasən, bəzi küçələrdə avtomobillər üçün zolaqların sayının azaldılması və ictimai nəqliyyata daha çox yer ayrılması şəhər nəqliyyatının səmərəliliyini artıra bilər. Bunun üçün isə tramvay xətlərinin hansı istiqamətlərdə sərnişin tələbatını ödəyəcəyi, mövcud metro və avtobus şəbəkəsi ilə necə əlaqələndiriləcəyi əvvəlcədən qiymətləndirilməlidir.
Eltac Züflüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












