“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Türk Dövlətləri Təşkilatının himninin yaradılması ilə bağlı təklif irəli sürüb.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Sədr bildirib ki, vaxtilə arzusunda olduğumuz Türk Dövlətləri Təşkilatı bu gün çox fəaldır:
“Müxtəlif ölkələrdə tez-tez tədbirlər keçirilir. Adətən keçirilən tədbirlərdə yerli ölkənin himni səslənir. Birdən ağıla gəldi ki, Türk Dövlətləri Təşkilatına bir himn lazımdır. Və onun keçirdiyi tədbirlərdə yerli ölkənin himni ilə yanaşı Türk Dövlətləri Təşkilatının da himni səslənsə çox gözəl olardı.
Məncə, təşkilat bir müsabiqə elan edə bilər və bu müsabiqəyə bizim türk dünyasından şairlər, bəstəkarlar qoşula bilərlər. Və bu yaradıcı insanlar arasında bir xoş rəqabət də gedə bilər. Möhtəşəm musiqisi və təsirli sözləri ilə bir gözəl himn ortaya çıxa bilər ki, onu bütün türk dünyası oxuyar, əzbər bilər. Məncə, bu arzumuz da reallaşacaq”.
Eltac Zülfüqaroğlu
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












