Ukrayna və Qrenlandiyanın qlobal elektromobil istehsalı üçün əhəmiyyəti nədir?

Artıq bir həftədən çoxdur ABŞ hökuməti Qrenlandiyaya qarşı iddialar səsləndirmir. Bunun əksinə, Ukraynaya maraq daha da artıb. Bəs belə bir dönüşün səbəbi nədir? Nə üçün Tramp müharibə tanımayan ölkədən əl çəkərək müharibə gedən ölkəyə üz tutur? Qrenlandiya və Ukraynanın dünyanın ağır sənayesi üçün strateji əhəmiyyəti nədən ibarətdir? Ukraynada filiz hasilatına nə mane olur?
Avtosfer.az xəbər verir ki, dünyada nadir torpaq elementlərin hasilatının 90 faizi Çinin nəzarətindədir. Bu metallar müdafiə sənayesi, elektronika və yaşıl enerji üçün əvəzolunmazdır. Lakin hasilat monopoliyasının Çində olması indiki ABŞ rəhbərliyini narahat edir. Siyasi gərginlik və ya Pekinin ixrac məhdudiyyəti tətbiq edəcəyi hallarda ABŞ sənayesi ciddi risklə üzləşə bilər. Tramp da məhz bunun üçün sənaye təhlükəsizliyinə nail olmaq istəyir. Məsələnin həlli yolu isə Qrenlandiya kimi zəngin bir əraziyə nəzarəti ələ keçirməkdir. 1814-cü ildən Danimarkanın nəzarətində olan Qrenlandiyada nadir torpaq metalların ehtiyatı 1,5 milyon tondan çoxdur. Bu ehtiyatlar təkcə elektromobil sənayesi üçün azı 1 əsr kifayətdir. Dünya üzrə zəruri 50 mineraldan 44-ü Qrenlandiyada hasil edilə bilər.
Lakin bir neçə həftə davam edən gərginlik Avropa ölkələrinin ciddi müqaviməti sayəsində başa çatdı. Bundan sonra Tramp üzünü Ukraynaya çevirdi. Avropada zəruri hesab edilən 34 yatağın 22-si Ukraynada yerləşir. Bu yataqlarda metal və qeyri-metal filizləri ilə yanaşı nadir elementlər də toplanıb. Dünya üçün vacib hesab edilən xammalın 5 faizi Ukrayna ərazisindədir. Bu ölkə maqnezium istehsalına görə dünyada 8-ci, titan istehsalına görə 11-ci, qrafit istehsalına görə 14-cü yerdədir. Adı çəkilən elementlər aviasiya, elektromobil, elektronika və müdafiə sənayesi üçün zəruridir.
Lakin Vaşinqtonun Ukraynadakı təbii ehtiyatlara nəzarəti ələ alması üçün 3 ciddi maneə mövcuddur. bunlardan birincisi müharibədir. İkinci amil isə əsas yataqların hazırda Rusiya ordusunun nəzarətində olmasıdır. Lakin müharibə bu ay başa çatsa belə, ABŞ-nin Ukraynadakı resurslardan yaxın bir neçə ildə gəlir əldə etməsi nəzəri və praktik olaraq mümkün görünmür. Bir mədənin istismara verilərək normal fəaliyyət göstərməsi üçün 10-20 il tələb olunur. Bu gedişlə, ABŞ xammal asılılığını yaxın 10 ildə aradan qaldırılması real hesab edilmir.
Bir sözlə yaxın onillikdə istər Avropa, istərsə də ABŞ-nin elektromobil istehsalçılarının Çindən asılılıqdan qurtarması real görünmür. Lakin bu asılılığa düz mütənasib olaraq Ukrayna və Qrenlandiyaya maraq da artacaq.
Vüqar Yaşaroğlu
Bu iki yol nişanını qarışdırmaq sürücülərə 450 manata başa gələ bilər – FOTO
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz
Həbsxanaları saxlamaq üçün sürücülərdən yığılan cərimələr artırılır
Bu ölkədə yol polisi peşəsi ləğv edilir; robotlar nəzarət edəcək - VİDEO
Körpülərin birləşən yerindəki boşluqlar nə işə yarayır? - Ekspert AÇIQLADI
Bu sürücülər kəmər taxmaya bilər
Avtomobil sənayesində yeni dövr; mexaniki sürət qutuları tarix olur?
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
Bu ölkədə piyada sürəti ilə bağlı zolaqlar təşkil olunur - FOTO
Elektrikli avtomobillərdə mufta və sürət qolu dövrü yenidən gündəmə gəlir?










