Yadplanetlilərə cavab vermək qadağan edildi - Alimlərə əmr gəldi

Beynəlxalq səviyyədə “İlk Təmas” ssenarisi üçün yeni qaydalar qəbul edilib. Avtosfer.az xəbər verir ki, Beynəlxalq Astronavtika Akademiyası İlk Təmas ehtimalı ilə bağlı protokollarını yeniləyib. SETI-nin (yerdənkənar ağıllı həyatın axtarışı) yeni qlobal qaydalarına əsasən, alimlər yadplanetlilərlə ilk olaraq dialoqa başlaya bilməzlər. Yeni qaydalara görə, qeydə alınan istənilən texnosiqnatura (yad texnologiyanın izi) əvvəlcə çoxmərhələli və müstəqil ekspertizadan keçməlidir. Artıq yalnız bir rəsədxana və ya tədqiqat qrupunun əldə etdiyi məlumat nəzərə alınmayacaq. Eyni siqnal ən azı daha bir müstəqil alim qrupu tərəfindən də təsdiqlənməlidir. Bundan əlavə, BMT təsdiq verməyənə qədər kosmosa cavab siqnalı göndərmək qəti şəkildə qadağandır. Yadplanetli sivilizasiya ilə ümumiyyətlə əlaqə yaradılıb-yaradılmayacağına dair qərarı beynəlxalq səviyyədə siyasətçilər qəbul edəcəklər. BMT-də hesab edirlər ki, süni intellekt və “deepfake” texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə saxta sensasiya riski əvvəlkindən daha yüksəkdir. Yeni qaydalar panikanın və dezinformasiyanın qarşısını almaq, həmçinin yuxarı instansiyadan rəsmi göstəriş gələnədək tam radio səssizliyi rejimini təmin etmək məqsədi daşıyır. (musavat.com)
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












