Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Alimlər Günəş sistemindən kənarda yadplanetlilərin mövcud ola biləcəyi yeni planetlər müəyyən ediblər. Astronomlar Günəş sistemindən kənarda 6000-dən çox planet qeydə alıblar. Xüsusi maraq Yerə bənzər, həyat üçün uyğun şərait yarada bilən planetlərin axtarışına yönəlib.
Avtosfer.az xəbər verir ki, tədqiqatçılar 45 planetdən ibarət siyahı hazırlayıblar və hesab edirlər ki, bu planetlərdə canlı orqanizmlər, hətta inkişaf etmiş yadplanetli sivilizasiyalar mövcud ola bilər.
Alimlər qeyd edirlər ki, həyat düşündüyümüzdən daha müxtəlif ola bilər və seçilmiş bu 45 planetdə həyat üçün uyğun şərait mövcud ola bilər. Bu planetlərin hamısı öz ulduzlarının yaşayış zonasındadır. Astronomlar onların ulduzlarından aldıqları enerji miqdarını, ölçüsünü, kütləsini, yaşını və orbitlərinin formasını, yəni dairəyə nə qədər yaxın olduqlarını araşdırıblar. Bu 45 planetin hamısı təxminən Günəş sistemindəki Venera, Yer və Marsın aldığı enerji səviyyəsinə bənzər enerji alır. Bu üç planet yaşayış zonasındadır, lakin həyat yalnız Yer üzündə yaranıb.
Bu isə göstərir ki, 45 ekzoplanetin həyat üçün uyğun olub-olmadığını müəyyən etmək üçün alimlərin daha çox məlumat toplaması lazımdır.
Yerə ən yaxın potensial yaşayışa uyğun planet Proxima Centauri b-dir və o, cəmi 4 işıq ili uzaqlıqda yerləşir.
Nisbətən yaxın kəşflərdən biri olan TOI-715 b isə 137 işıq ili məsafədədir. Xüsusilə maraq doğuran digər planetlər TRAPPIST-1 system sistemində yerləşən d, e, f və g planetləridir və onlar 40 işıq ili uzaqlıqdadır. NASA bildirir ki, mövcud texnologiyalarla TRAPPIST-1 sisteminə uçuş təxminən 800 min il çəkə bilər, lakin gələcək texnologiyalar bu müddəti bir neçə yüz ilə endirə bilər. (Lent.az)
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












