Yaponiya təyyarə salonlarında poverbankların istifadəsini qadağan edəcək

Yaponiyanın Nəqliyyat Nazirliyi yerli aviaşirkətlərə aprel ayından etibarən kabinlərdə poverbanklardan istifadəni qadağan edəcəyi barədə məlumat yayıb.
Avtosfer.az Yaponiya mediasına istinadla xəbər verir ki, mülki aviasiya qanununa əsaslanan təlimata daxil ediləcək dəyişiklik sərnişin təyyarələrinin salonlarında litium-ion batareyalarının alovlanması və tüstüləməyə başlaması ilə bağlı baş verən hadisələrin qarşısını almaq üçün atılacaq.
Yeni qaydaya əsasən, sərnişinlərə smartfonlarını və ya digər cihazlarını enerji ilə şarj etmək üçün poverbanklardan istifadə etmək, habelə oturacaqlardakı elektrik yuvalarına qoşmaqla poverbankları şarj etmək qadağan ediləcək. Yeni qaydalara görə, hər bir sərnişinin təyyarə salonunda özü ilə 2 ədəd poverbank apara biləcək.
Qeyd edək ki, bəzi aviasiya şirkətləri artıq təyyarə salonlarında poverbanklardan istifadəni qadağan ediblər. Beynəlxalq Mülki Aviasiya Təşkilatı hazırda məsələnin tənzimlənməsini araşdırır./azertac
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












