Yeni muzeydə bu eksponatlar yer ala bilər - FOTOLAR

Bu günlərdə Azərbaycan mediasında yeni təbiət tarixi muzeyinin yaradılacağı barədə xəbər yer aldı.
Maraqla qarşılanan xəbərdə deyilirdi ki, muzey yeni salınmış parkın ərazisində (C.Hacıbəyli küçəsi) yerləşəcək.
Avtosfer.az xəbər verir ki, əslində hansısa muzeyin sıfırdan təşkilindən söhbət getmir. Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi 1930-cu ildə qurulub və bu gün də fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 oktyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası” təsdiq edilib.
Konsepsiyaya görə “İnkişaf etmiş ölkələrdə təbiət tarixi muzeyləri turizmin genişlənməsində önəmli yeri olan obyektlərdəndir. Bu tip muzeylərin əsas məqsədi ölkə ərazisində həyatın yaranması tarixini, ölkənin geoloji keçmişini, bənzəri olmayan flora və faunasını, həmçinin konkret coğrafi şəraitdə insanın formalaşması və mədəni inkişafı tarixini, qədim və müasir dövrlərdə ekoloji şəraiti nümayiş etdirməkdir.
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanmaqla Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə təbiət tarixi muzeyinin yaradılmasına ehtiyac duyulur”.
Bu fərmandan çıxış etsək görərik ki, muzey üçün yeni, müasir binanın qurulması dövrün tələbidir. Bəs muzey üçün yeni binanın tikilməsi başqa hansı zərurətdən irəli gəlir?
Əvvəla, Təbiət Tarixi Muzeyi Dağüstü park yaxınlığında altımərtəbəli binanın altında yerləşir. Bura məkan olaraq əlverişsizdir.
Yaxınlıqdan heç bir marşrut keçmir. Müəssisıni tapmaq nəinki turist, hətta uzun illər Bakıda yaşayanlar üçün də çətindir. İkinci, elə Vikipediyadakı məlumata əsaslansaq, məkan geniş olmadığına görə ekspozisiya zalında yalnız 20 minədək nümunə təqdim edilir.
Halbuki kolleksiyada nümunə sayı yüz mindən çoxdur. Muzeyə daxil olan kimi buranın belə profilli müəssisə həm kiçik, həm də əlverişsiz olduğu gözə çarpır.
Müasir dövrdə hansısa dəyərli eksponatın mövcudluğu ilə yanaşı, təqdimat da əhəmiyyətlidir. Son illərdə açılmış və ya yenilənmiş muzeylərə nəzər salsaq görərik ki, müasirləşmiş muzeylərə (Suraxanı Tanker Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və s.) maraq artır.
Təbiət Tarixi Muzeyində yaşı milyonlarla ölçülən eksponatlar və peşəkar heyət olsa da, yer darısqaldır. Çox dəyərli tapıntılar yan-yana yığıldığı üçün bəzən onlara hərtərəfli baxmaq mümkün olmur. Ən əsası isə, müasir beynəlxalq tələblərdə muzeylərdə xüsusi saxlama şəraitinin olması vacib hesab edilir. Sovet dövründə tikilmiş yaşayış binasının birinci mərtəbəsində isə belə bir şəraiti yaratmaq mümkün görünmür. Bütün çatışmazlıqları aradan qaldırmağın ən doğru üsulu elə yeni bina tikilməsidir.
Daha böyük və müasir bina olacağı təqdirdə ayrı-ayrı kolleksiyalarda səpələnmiş eksponatları da bir yerə cəmləmək mümkündür.
Yeni muzey elm adamlarının tədqiqatlarını daha asan şəraitdə həyata keçirməsinə imkan verəcək. həm də belə bir muzeyin şəhərin mərkəzində olması turizmə də töhfədir.
Təbiət Tarixi Muzeyində olan eksponatlardan bəzilərinin fotolarını təqdim edirik. İnanırıq ki, bu dəyərli ekspopnatlar yeni muzeydə öz yerini alacaq.
Vüqar Yaşaroğlu
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz
Həbsxanaları saxlamaq üçün sürücülərdən yığılan cərimələr artırılır
Bu ölkədə yol polisi peşəsi ləğv edilir; robotlar nəzarət edəcək - VİDEO
Körpülərin birləşən yerindəki boşluqlar nə işə yarayır? - Ekspert AÇIQLADI
Bu sürücülər kəmər taxmaya bilər
Avtomobil sənayesində yeni dövr; mexaniki sürət qutuları tarix olur?
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
Bu ölkədə piyada sürəti ilə bağlı zolaqlar təşkil olunur - FOTO
Elektrikli avtomobillərdə mufta və sürət qolu dövrü yenidən gündəmə gəlir?
Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO



























