Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA

Yeni təkər alan sürücülər onun yan hissəsindəki sarı və qırmızı nöqtələrə tez-tez rast gəlirlər. İlk baxışda boya ləkəsini xatırladan bu işarələr əslində təkərin diskə düzgün quraşdırılmasına kömək edir. Hər iki rəng fərqli məna daşıyır və montaj zamanı xüsusi əhəmiyyətə malikdir.
Avtosfer.az xəbər verir ki, təkərin üzərindəki rəngli nöqtələr onun balans xüsusiyyətləri və fırlanma zamanı yaranan qüvvələrlə bağlı məlumat verir.
Təkərin yan hissəsindəki sarı nöqtə onun çevrəsi boyunca kütləsinin ən az olduğu yeri göstərir. “Yokohama” şirkətinin montaj təlimatlarına əsasən, bu işarənin diskdə hava ventilinin yerləşdiyi nöqtə ilə üst-üstə düşməsi tövsiyə olunur.
Diskdə ventilin olduğu hissə adətən daha ağır nöqtə hesab edilir. Təkərin ən yüngül hissəsinin bu nöqtə ilə uyğunlaşdırılması kütlə paylanmasından yaranan balanssızlığı azaltmağa kömək edir. Bu, təkərin balans tənzimlənməsi üçün düzgün başlanğıc yaradır.
Qırmızı nöqtə isə sarı işarədən fərqli olaraq təkərin kütlə baxımından ən yüngül hissəsini göstərmir. Bu işarə təkər yük altında fırlanarkən yaranan radial qüvvə dəyişməsinin ən yüksək olduğu sahəni bildirir.
Bəzi disklərin üzərində də radial yayınmanın ən az olduğu nöqtəni göstərən xüsusi işarə olur. Belə bir işarə varsa, təkərin qırmızı nöqtəsi diskin həmin hissəsi ilə uyğunlaşdırılır. Bu üsul təkər və diskin fırlanma zamanı bir-birinə uyğunluğunu yaxşılaşdırmağa xidmət edir.
Diskdə radial yayınmanın ən az olduğu nöqtəni göstərən işarə yoxdursa, montaj zamanı sarı nöqtənin hava ventili ilə uyğunlaşdırılmasına üstünlük verilə bilər. Buna görə də təkər üzərindəki rəngli işarələrin mənasını bilmək düzgün quraşdırma baxımından vacibdir.
Qeyd edək ki, sarı və qırmızı nöqtələrin düzgün uyğunlaşdırılması balans tənzimlənməsinə ehtiyac qalmadığı demək deyil. Təkər diskə quraşdırıldıqdan sonra mütləq balans yoxlanılmalı və zərurət olduqda tənzimlənməlidir.
Eltac Zülfüqaroğlu
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?












