Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

2001-2024-cü illər ərzində Yer kürəsi daha az Günəş işığını əks etdirib. Bu dəyişikliklər xüsusilə Şimal yarımkürəsində qabarıq müşahidə olunur. Avtosfer.az-ın Oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə NASA-nın Lenqli Tədqiqat Mərkəzinin alimləri bəyan ediblər. Mütəxəssislər bildiriblər ki, əsas səbəblər arasında Arktikada buz və qar örtüyünün azalması, atmosferdə su buxarı və buludların dəyişməsi, həmçinin aerozolların azalması dayanır. "Əgər buz və qar Günəş şüalarını güclü əks etdirirdisə, indi onların yerini daha qaranlıq səthlər - su və torpaq alır", - deyə tədqiqatda bildirilib. Qeyd olunub ki, əvvəllər Cənub yarımkürəsindən Şimala enerji axını bu fərqi qismən tarazlaşdırırdı, lakin son 20 ildə bu mexanizm kifayət etmir. Alimlərin gəldiyi qənaətə görə, Şimal yarımkürəsində buzların əriməsi və qar örtüyünün itməsi Yerin daha çox Günəş enerjisi udmasına səbəb olur.
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












