Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir

Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab olunan "Kamoʻoalewa" asteroidinə çatıb. Çin Milli Kosmik Administrasiyası (CNSA) yaxınlaşmanın uğurla başa çatdığını hələ rəsmi təsdiqləməsə də, "IFL Science" nəşri yazır ki, zondun artıq kosmik obyektin səthindən nümunə götürməyə hazırlıq məqsədilə manevrlərə başladığı ehtimal edilir.
Nəşr izah edir ki, kvazipeyklər Yerin həqiqi peykləri deyil. Bunlar Günəş ətrafında hərəkət edən, orbital xüsusiyyətlərinə görə uzun müddət Yerə yaxın qalan asteroidlərdir. Bu səbəbdən müşahidələr zamanı elə görünür ki, onlar Yer ətrafında dövr edirlər. Hazırda astronomlar bu tip ən azı səkkiz obyekt müəyyən ediblər.
Alimlərin xüsusi marağına səbəb olan "Kamoʻoalewa" asteroidinin spektroskopik tədqiqatları göstərir ki, o, Ayın səthindən güclü asteroid toqquşması nəticəsində qopmuş qaya parçalarından ibarət ola bilər.
Məhz bu ehtimalı yoxlamaq "Tianwen-2" missiyasının əsas məqsədidir. Kosmik aparat 29 may 2025-ci ildə orbitə buraxılıb.
Lakin missiyanın ən mürəkkəb mərhələsi indi başlayır. Məqalədə qeyd olunur ki, "Kamoʻoalewa" öz oxu ətrafında təxminən hər 28,3 dəqiqədən bir tam dövr edir. Bu qədər sürətli fırlanması onun boş qaya yığınından deyil, əsasən bütöv qaya kütləsindən ibarət olduğunu göstərir. Bu isə səthdən nümunə götürmə prosesini xeyli çətinləşdirir.
CNSA-nın məlumatına görə, yaxınlaşma mərhələsində zond əvvəlcə asteroidi ətraflı tədqiq edəcək, nümunə götürmək üçün ən uyğun nöqtəni müəyyənləşdirəcək, daha sonra isə nisbi hərəkətini asteroidin fırlanmasına uyğunlaşdıraraq xüsusi manipulyator vasitəsilə material toplamağa çalışacaq.
Əməliyyat uğurla başa çatarsa, toplanmış nümunələri daşıyan kapsul Yerə göndəriləcək. Çin Milli Kosmik Administrasiyası kapsulun 2027-ci ilin sonunadək Yerə enəcəyini gözləyir.
Nümunələr Yerə çatdırıldıqdan sonra əsas kosmik aparat missiyasını başa vurmayacaq. O, uçuşunu davam etdirərək əsas asteroid qurşağında yerləşən 311P aktiv asteroidinə doğru istiqamət alacaq. Hazırkı hesablamalara görə, aparat həmin obyektə 2035-ci ildə çatacaq.
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO










