Yolun möhkəmliyi nədən asılıdır? – ARAŞDIRMA

Yolların keyfiyyəti və uzunömürlülüyü təkcə üst asfalt qatının vəziyyəti ilə müəyyən edilmir. Yol örtüyünün dayanıqlığı onun alt qatlarının düzgün layihələndirilməsi və inşasından birbaşa asılıdır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Ekspertin sözlərinə görə, müasir avtomobil yolları bir neçə qatdan ibarət konstruksiya əsasında inşa olunur və hər qatın öz funksiyası var. Üst hissədə yerləşən aşınma qatı nəqliyyat vasitələrinin birbaşa təmas etdiyi hissədir və təhlükəsiz hərəkəti, eləcə də sürüşməyə qarşı müqaviməti təmin edir. Onun altında yerləşən bağlayıcı qat yükün aşağı laylara ötürülməsində mühüm rol oynayır.
Əsas qat yolun daşıyıcı hissəsini təşkil edir və nəqliyyatın yaratdığı yükləri bərabər şəkildə paylayır. Alt əsas qat isə drenajı yaxşılaşdırır, yolun çökməsi və deformasiyaya uğramasının qarşısını alır. Bütün konstruksiya isə sıxlaşdırılmış torpaq əsas üzərində qurulur. Məhz bu təməl düzgün hazırlanmadıqda, ən keyfiyyətli asfalt örtüyü belə uzunmüddətli istismara tab gətirmir.
Rauf Ağamirzəyev vurğulayıb ki, yol konstruksiyası hər layihə üçün eyni olmur. Yolun kateqoriyası, gözlənilən nəqliyyat yükü, geoloji və iqlim şəraiti, həmçinin tətbiq olunan layihə standartları nəzərə alınmaqla həm qatların sayı, həm də qalınlığı müəyyən edilir.
Keyfiyyətli yol dedikdə yalnız qalın asfalt örtüyü deyil, bütün layların normativ tələblərə uyğun layihələndirilməsi, keyfiyyətli materiallardan inşa olunması və düzgün sıxlaşdırılması nəzərdə tutulur. Məhz bu amillər yolun təhlükəsizliyini, uzunömürlülüyünü və istismar səmərəliliyini təmin edir.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












