“Z” nəsli illərdir əldə etdiyimiz bacarığı itirir: Ənənəvi ünsiyyət öz yerini distant mesajlaşmaya verir?

Rəqəmsal texnologiya ilə yüksək dərəcədə inteqrasiya olunmuş “Z” nəsli getdikcə orijinal düşüncə və yaradıcı istehsal bacarıqlarını itirmək riski ilə üzləşir.
Avtosfer.az xəbər verir ki, informasiyaya sürətli çıxış internet və sosial şəbəkənin təsiri ilə təmin olunsa da bu nəsil bəzən öz ideyalarını inkişaf etdirmək əvəzinə, hazır məzmunu köçürməyə meyllidir. Nəticədə, plagiat kimi qeyri-etik davranışlar da artmaqdadır. Bu vəziyyət xüsusilə akademik və peşə həyatında orijinal düşüncə ehtiyacının vacibliyini ortaya qoyur.
Yazı min illər boyu insan ünsiyyətinin ən əsas elementlərindən biri olmuşdur. Bu, məlumatların, hekayələrin və mədəniyyətlərin nəsillər arasında ötürülməsinə imkan verib. Bu proses bəşər tarixinin formalaşmasında mühüm rol oynayıb, cəmiyyətlərin inkişafına töhfə verib.
“Z” nəsli, xüsusən 1990-cı illərin sonu və 2010-cu illərin əvvəllərində doğulmuş gənclər arasında yeni tendensiya müşahidə olunur. Bu gənclər illərdir bəşəriyyətə məxsus olan mühüm bacarığı yavaş-yavaş itirirlər. Stavanger Universitetinin apardığı son araşdırmaya görə, bu nəslin təxminən 40%-i əl yazısından istifadə edərək ünsiyyət qurmaq qabiliyyətini itirir. Bu, effektiv ünsiyyət bacarıqlarının inkişafı ilə bağlı mühüm suallar doğurur.

Rəqəmsal texnologiyanın təsiri ilə ünsiyyət tərzimiz tədricən dəyişir və əl yazısı artıq qeyri-adi bir təcrübəyə çevrilir. Ani mesajlaşma proqramlarından tutmuş sosial şəbəkə platformalarına qədər gənclər sürətlə dəyişən və qısaltmalarla dolu dildən istifadə etməyə üstünlük verirlər. Klaviatura və sensor ekranlar qələm və kağızı əvəz etdikcə, bu transformasiya o qədər dərinləşdi ki, bəzi ekspertlər “Z” nəslinin funksional əlyazmasını öyrənə bilməyən ilk nəsil ola biləcəyini düşünürlər.
Əl yazısı koqnitiv inkişafda mühüm rol oynayır. Bu, yaddaş və anlama kimi bacarıqlarla birbaşa əlaqəlidir, çünki beyin klaviaturadan fərqli şəkildə işləyir. Bəşər tarixini formalaşdıran bu bacarıq indi rəqəmsal texnologiyaların hər sahədə yayılması səbəbindən təhlükə altındadır.
Alimlərin araşdırmaları və fikirlərinə əsaslanaraq, “Z” nəsli klaviaturadan istifadəni o qədər mənimsəyiblər ki, evdə əl yazısı istifadə etmək məcburiyyətində qaldıqlarında narahat olduqlarını bildirirlər. Əl yazısından qeyri-adekvat istifadə olunduğundan zaman keçdikcə bu bacarıqda pisləşmələr müşahidə olunur.

Araşdırmalara əsasən, tələbələr uzun cümlələrdən qaçırlar və ardıcıl abzas yazmaqda çətinlik çəkirlər. Bir-biri ilə mənalı bağlı olan cümlələri qruplaşdıraraq abzas yaratmaq əvəzinə, ümumiyyətlə, ayrı-ayrı cümlələr yazmağa üstünlük verirlər. Bundan əlavə, tələbələrin əksəriyyəti universitetə qələmsiz gəlir və bütün yazışmalarını klaviatura ilə edir. Araşdırmaçılar bu vəziyyəti sosial şəbəkənin təsiri ilə əlaqələndirir.
Əl yazısının itirilməsi yalnız məktub və ya açıqca yazmaq qabiliyyətinə təsir etmir, həm də “Z” nəslinin dünyanı qavramasına və şərhinə dərindən təsir edir. Rəqəmsal mətnlər tez-tez sürətli və impulsiv xarakterə malik olsa da əl yazısı çox vaxt daha düşüncəli və şəxsi ünsiyyət tərzi ilə əlaqələndirilir. Bu, mühüm sual doğurur: “Z” və gələcək nəsillər rəqəmsal dünya ilə cəmiyyətimizi formalaşdıran ənənəvi bacarıqlar arasında tarazlığı necə əldə edəcəklər? Bu sualın cavabları gələcəkdə bizim ünsiyyət və dünyanı anlama tərzimizi böyük ölçüdə formalaşdıracaq.
Eltac Zülfüqaroğlu
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord












